VİLAYƏTİ-FƏQİH
20
Qanunu həyata keçirmək üçün icra orqanlarının olmasının
vacibliyi
Qanun məcəlləsi cəmiyyəti islah etmək üçün kifayət deyil. Qanun
bəşərə səadət yaradıb, bəşəri islah etməsi üçün onu həyata keçirən bir
şəxs lazımdır. Buna əsasən Allah-Təala qanun məcəlləsi, şəriət hökmləri
yanında bir hökümət sistemi və idarə yaratmışdır.
Həzrət Rəsuli-Əkrəmin (s) icra işlərinin və müsəlman cəmiyyətinin
sədri idi. Vəhyi çatdırıb etiqadiyyat və hökümləri təfsir etməkdən əlavə
islam hökümlərini həyata keçirməklə İslam dövlətini qurmuşdur. Onda da
cəza qanununun bəyan edilməsinə kifayət edilmirdi, hətta onunla yanaşı
onu icra da edirdi. Hədd vurur, əl kəsir və rəcm edirdi. Həzrət Rəsuldan (s)
sonra xəlifənin vəzifəsi bu idi. Həzrət Rəsul (s) təkcə ediqadiyyat və
hökmləri bəyan etmək üçün deyil, qanunları həyata keçirmək üçün xəlifə
təyin etdi. İslam sistemini bərpa etmək və hökümləri həyata keçirmək
üçün xəlifə təyin etmək məsələsi o dərəcədə mühüm idi ki, onsuz Həzrət
Peyğəmbər öz risalətini tamamlaya bilməzdi. Ona görə ki, müsəlmanlar
Həzrət Rəsuldan (s) sonra da axirət və dünya səadətlərinin təyin edilməsi
üçün qanunları həyata keçirə bilən və İslam sistemini qura bilən şəxsə
möhtac idilər.
Əslində qanun və ictimai sistemlər üşün icra hakim lazımdır. Bütün
ölkələrdə belədir ki, sırf qanunvericiliyin faydası yoxdur. Sırf
qanunvericilik bəşər səadətini təmin edə bilmir, qanunvericiliyin ardınca
icra orqanı təşkil edir. İcra orqanları qanunları və məhkəmə hökümləri
icra etməlidir. Buna əsasən islamın qanunvericiliyi olduğu kimi icra
orqanı da var. Vəliyyi-əmr icra orqanın baş sədridir.
Dostları ilə paylaş: