VİLAYƏTİ-FƏQİH 22
Buna etiqad etmək İslamın köhnəlməsini iddia etməkdən daha pisdir.
Heç kəs deyə bilməz ki, İslamın ərazi bütövlüyünü və sərhədlərin müdafiə
etmək lazım deyildir! Heç kəs deyə bilməz ki, bu gün «Cizyə»
1
, «Xərac»
2
,
«Xums»
3
, «Zəkat»
4
almaq lazım deyildir. Heç kəs deyə bilməz ki, İslamın
cəza qanunları (qisas, diyə) kənara qoyulmalıdır. Hər kəs İslam
hökümətinin qurulması zəruriliyini inkar etsə, İslam hökmlərini həyata
keçirilməsi zəruriliyini və nəticədə İslamın kamil və əbədi bir din
olmasını inkar etmiş olar.
Həzrət Əli ibn Əbutalib tutduğu mövqe Həzrət Rəsuli-Əkrəmin vəfatından sonra müsəlmanlardan heç bir
nəfər hökumətin lazım olmasına şübhə etmədi.
Heç kəs demədi ki, hökumətə ehtiyac yoxdur. Heç kəsdən belə bir
söz eşidilmədi. Hökumətin qurulmasında hamı həmrəy idi. İxtilaf ancaq
hökumətə başçılıq edəcək şəxsin haqqında idi. Buna əsasən Həzrət
Rəsuli-Əkrəm (s), xəlifələr və Həzrət Əli (ə) dövründə də hökumət
quruldu. Dövlət dairələri, təşkilatları işə başladı.
İslam qanunlarının mahiyyəti Hökumətin təşkl edilməsi zəruriliyinə digər bir sübut da İslam
qanunları – şəriət hökümlərinin mahiyyət və keyfiyyətidir. Bu qanunların
mahiyyət və keyfiyyəti göstərir ki, bir dövlət yaratmaq cəmiyyətin siyasi,
iqtisadi və mədəni idarəsi üçün qərara alınmışdır.
Əvvəla: Şəriət hökmləri bir sıra rəngarəng qanun və qaydaları ehtiva
edir ki, bu da bir ictimai sistem yaradır. Bu hüquq sistemində, bəşərin hər
bir ehtiyacı ödənilmişdir. Qonşu ilə davranmaq, övlad, qohumlar,
1
Əhli-kitabın İslam hökümətinə verdiyi vergiyə cizyə deyilir.
2
İslam hökümətinin torpaq sahiblərindən aldığı vergiyə deyilir.
3
İslamda ödənilməsi vacib olan vergilərdən biri də xumsdur ki, 7 şeyə əlaqə bağlayır:
1-Hərbi kafirlərlə müharibədən alınan qənimətlər; 2-mədənlər - yer altı sərvətlər; 3-
xəzinə; 4-dənizin dərinliklərindən əldə edilən mərcan, mirvari kimi qiymətli daşlar; 5-
miqdarı, sahibi məlum olmayan və ayırd etməsi mümkün olmayan harama qarışmış halal
mal; 6-zimmi kafirin müsəlmandan aldığı torpaq sahəsi; 7-hər kəsin illik xərcindən artıq
qalan malı.
4
Ödənilməsi vacib olan vergilərdən biri də zəkatdır ki, 9 şeydən ödənilir: 1-dəvə; 2-
qaramal; 3-qoyun; 4-qızıl; 5-gümüş; 6-buğda; 7-arpa; 8-xurma; 9-kişmiş.
Bir də «fitrə zəkatı» deyilən bir zəkat var ki, fitrə bayramı axşamı yoxsullara verilir,
miqdarı isə üç kq buğda, arpa, düyü və s.-dir.