VİLAYƏTİ-FƏQİH 24
1- Maliyyə qanun-qaydaları İslamın qərarlarında nəzərə alınan vergilər və büdcələr sadəcə
yoxsulları və yoxsul seyidləri təmin etmək üçün deyil, eyni halda
hökumət təşkil etmək və böyük bir dövlətin xərcini təmin etmək üçündür.
İslam üçün xums böyük gəlirlərdəndir ki, beytül-mala tökülür. Bizim
məzhəbimizə görə əkinçilk mənfəətləri, ticarət, yeraltı sərvətlər və
ümumiyyətlə, bütün mənfəətlər və gəlirlərdən alınır. Demək tərəvəz
satandan gəmiçiliklə məşğul olan şəxsləri ehtiva edir. Bu şəxslər öz
gəlirlərinin beşdə birini şəxsi xərcləri çıxdıqdan sonra İslam hakiminə
verilirməlidir. Aydındır ki, bu həcmdə olan gəlir müsəlman ölkəsini idarə
etmək və ehtiyacları ödəmək üçündür. Əgər müsəlman ölkələri ya bütün
dünyanın - əgər islamın əlində olsa - xumsunu hesab etsək, məlum olar ki,
bu kimi vergini qərara almaqda məqsəd seyidin və ya mollahın ehtiyacını
ödəmək üçün deyil, (məsələ bundan mühüm,) məqsəd hökümətin böyük
təşkilatlarının maddi ehtiyaclarını ödəməkdir.
Əgər İslam hökuməti yaransa, həmin xums, zəkat, cizyə və xərac ilə
ölkəni idarə etmək lazımdır. Seyidlərin buna ehtiyacı yoxdur. Bağdad
bazarının xumsu seyidlərin, din elimləri hövzələrinin və müsəlman
yoxsulları üçün kifayətdir (Tehran, İstanbul, Qahirə və s. bazarları hələ
qalsın). Bu kimi yüksək miqdarda büdcənin təyin edilməsi hökumət
qurmağın və ölkəni idarə etməyin zəruriliyini göstərir. Bu büdcə
ümumxalqın ehtiyaclarını ödəmək, abadlıq işləri aparmaq, səhiyyə,
mədəniyyət, müdafiə sahəsində xərc etmək üçün təyin edilmişdir.
Xüsusilə, İslamda o büdcənin toplanması, saxlanılması və xərc edilməsi
üçün lazımi tədbirlər görülmüşdür. Dövlət başçısı, valilər, dövlət işçiləri
və nazirlərin bu büdcədən istifadə etməkdə başqalarından üstünlükləri
yoxdur. Hamı eyni huquqa malikdir və hamının payı birdir. Görəsən bu
həçmdə olan bir büdcəni biz dənizə tökməliyik? Yoxsa torpaq altında
gizlətməliyik ki, Həzrət özü gəlsin?
1
(İmam Xomeyni bu sualı tənz kimi
söyləmişdir-mürtəcim) Yoxsa əlli nəfər seyid onu yesin? Yaxud beş yüz
nəfər seyidə verilməlidir ki, heç bilməsinlər nə eləsinlər? Halbuki,
seyidlər və yoxsulların payı güzaranlarını təmin etmək miqdarındadır.
İslamın büdcə sistemində hər hansı bir gəlir üçün müəyyyən sandığı və
onun müəyyən xərc edilməli yerləri vardır. Bir sandıq zəkat, biri
1
Xumsun xərc edilməsi yerində, xüsusilə «Səhmi-İmam» deylən onun yarısının
harada xərc edilməsi barədə İmamiyyə fəqihlərinin fikir ayrılıqları var. Bəziləri onu
məsum İmamın malikiyyətinə keçməsini iddia edirlər. «Şərhi-lümə» cild 1, səh. 184.