VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   2   3   4   5   6   7   8   9   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
6
ayırmasına lazımi şərait yaratmaq üçün din elmləri hövzələrində də təsir
etmişdir. İmam Xomeyni daxili nöqsanlara və yeni sivilizasiyanın
qarşısında özünü itirib özünə yad qalmağa işarə edərək şəriət tələblərini,
müsəlman mütəfəkkirləri xəbərdar edir ki, tam ciddiyətlə öz siyasi və
ictimai vəzifələrinə əməl edib bu kimi məkrli planlara və şübhələrə
uymasınlar. Ona görə ki, islam maddi inkişaf və sivilizasiya ilə müxalif
deyildir. İctimai problemlərin həlli üçün etiqadi və əxlaqi yollar vardır.
İslam kamil bir din kimi bütün problemlərin uğurlu həllinə qadirdir.
Amma bu, alim şəxslərin və ziyalıların səyini də tələb edir.
İmam Xomeyni Peyğəmbər-Əkrəmin xəlifə təyin etməsinə işarə edib
bu məsələni qaldırır ki, xəlifə əhkamı bəyan etmək üçün xəlifəliyəmi
seçilmişdir? Məgər əhkam söyləmək üçün xəlifə lazımdır? Xəlifə
hökümət, qanun-qaydaları həyata keçirmək üçündür. Əsas məsələ budur
ki, biz islami hökümətin yaranması zəruriliyinə inanaq, belə olan halda
xəlifənin vəzifəsi məlum olacaqdır.
İmam həzrətləri islam hökümətin bərpa edilməsinin zəruri olduğunu
bir sıra dəlilllərlə göstərir:
1- Peyğəmbərin hökümət yaratması;
2- İlahi əhkamın həyata keçirilməsinin daimi olması;
3- İslam qanunlarının mahiyyətcə hökümət olmadan həyata
keçirilməsinin qeyri-mümkünlüyü: Maliyə, müdafiə, huquqi və cəza
qanunları kimi.
İmam Xomeyni islam hökümətinin zəruriliyini sübut etdikdən sonra
«Bəni-Ümeyyə» dövründən başlanıb və «Bəni-Abbas» dövründə də
davam edən bu əsasdan yayınmanın keçmişinə işarə edir. İmam Xomeyni
həzrətləri təkid edir ki, bu vəziyyəti dəyişdirmək üçün qiyam etməyi əql
həm də şəriət lazım bilir. Demək siyasi bir inqilab lazım gəlir. Həm tağut
hökümətini aradan qaldırmaq, həm islam höküməti üçün şərait yaratmaq,
həm də müxtəlif xarici və daxili amillər təsirində təfriqədə olan ümmətdə
birlik yaratmaq lazımdır. İmam Xomeyni sonra Fəzl ibn Şazandan
hökümət haqqında bir sıra rəvayətlər misal gətirir.
«Vilayəti-Fəqih» kitabının mühüm bir hissəsi islam höküməti ilə
başqa hökümətlərin arasındakı fərqlərə həsr edilmişdir və bu məsələyə
toxunulmuşdur ki, islami höküməti bir növ məşrutə hökümətdir, islam
qanunlarına bağlıdır. Buna əsasən İmam Xomeyninin fikrincə
qanunvericilik orqanlarını başqa hökümətlərdə olduğu kimi deyil, islam
hökümətləri cərçivəsində müxtəlif təşkilatlar, nazirliklər və icra orqanları
üçün proqram müəyyənləşdirir...



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin