VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə89/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   85   86   87   88   89   90   91   92   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
96
məlum olur ki, Həzrət Əlinin (ə) məqsədi qiyam etməli olan böyük
ümmətdir.
Əgər ilahi halal və harama əmin olan, elmə və ədalətə malik olan
alimlər ilahi hökmü həyata keçirsəydilər hüdudu icra edib İslam əhkamı
onların əlində olsaydı daha, millət ac qalmazdı və İslam əhkamı tətilə
uğramazdı.
Bu rəvayət bizim sözümüz təsdiq edir və əgər sənəd baxımından zəif
olmasaydı bir sübut ola bilərdi. Baxmayaraq ki, rəvayətin məzmunu
məsum (ə)-dan olduğunu göstərir.
Biz «Vilayəti- fəqih» bəhsini bitiririk və bu barədə daha danışmırıq
və firuatda məsələn, zəkat və hüdudun necə icra edilməsi kimi
məsələlərdə bəhs etməyə ehtiyac duyulmur. Biz vilayəti-fəqihi (islam
höküməti) bir prinsip kimi araşdırdıq və dedik ki, Peyğəmbər (s) və
imamların malik olduqları vilayətə fəqih də malikdir. Bu barədə heç bir
şübhə yoxdur.
Bundan əvvəl dediyim kimi vilayət-fəqih mövzusu yeni bir mövzu
deyildir, bu mövzu barədə əvvəldən mubahisələr gedir. Mirzayi Şirazinin
1
tənbəkini haram etməyə dair hökmü siyasi bir hökm idi ki, başqa fəqihlər
də ona əməl etməli idilər. İranın bütün alimləri - bir neçə nəfərdən başqa -
bu hökmlə razılaşdılar.
2
Bu hökm bir neçə nəfərin arasında baş verən
ixtilafı həll etmək üçün özünün şəxsi nəzərinə əsasən verilən hökm
deyildi, müsəlmanların mənafeyi əsasında hökm-sanəvi
3
kimi bu siyasi
1
Mirzə Həsən Şirazi (1230-1312 h.q) öz əsrində fəqih və müctəhid idi. Şiraz,
İsfahanda təhsil aldıqdan sonra 22 il şeyx Ənsarinin üsul və fiqh dərslərində iştirak etdi.
Tənbəki macarası və təhriminə dair hökmü və milyonlar nəfərin o hökmə əməl etməsi
nəticəsində İngiltərə ilə müqavilənin ləğv edilməsi onun dini qüdrətinə və açıq siyasi
görüşünə aydın bir faktdır. Mirza Hüseyn Nuri, Kaşifül-ğita və seyid Kazim Yəzdi onun
tələbələrindəndir.
2
«Tarixi-bidariyi İraniyan», «Nazimül-islam Kirmani» cild 1, səh. 14; «Həyati-
Yəhya»; «Yəhya dəblətabadi» cild 1, səh. 1, 9; «Təhrim-tənbaku»; «İbrahim Teymuri»
səh. 119.
3
Şəriət hökmü əlaqə bağlayan mövzuların iki halı var:
A – Mövzu (iztirab, zərurət, cəbr) kimi vəziyyətlərə şərti olmayan surətdə, ona dair
verilən hökmə, «hökmü-əvvəli» deyilir.
B – Mövzu (iztirar, ikrah, zərər, fəsad və məşəqqət) kimi vəziyyətlərə şərti olan
surətdə ona dair verilən hökmə «hökmi-sanəvi» deyilir. Misal üçün murdar əti yemək
«əvvəli hökmün» əsasında haramdır, amma əgər şəxs iztirar (əlacsız və dözülməz)
şəraitdə olsa, aclığının qarşısını almaq miqdarında yeməsi məsləhətdir (hökmi-sanəvi
əsasında) Ya tütünün alış-verişi və işlədilməsi, hökmi-əvvəli əsasında halal və
məsləhətdir, lakin müəyyən şəraitdə müsəlmanlara ziyan yetirib kafirlərin qalibliyinə
səbəb olduğuna görə hökmi-sanəvi əsasında onun halallığı aradan gedir.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin