11
souslardan yalnız isti halda istifadə olunur. Bu souslar dibi qalın qazanda və qısa
qazanda hazırlanır.
Bütün souslar aşağıdakı qruplara bölünür:
1) bulyonun (ət bulyonu, balıq bulyonu, göbələk bulyonu) souslar;
2) südlü və xamalı souslar;
3) kərə yağında hazırlanmış souslar;
4) bitki yağında hazırlanmış souslar;
5) sirkəli souslar.
“Cənub” sousu, tünd tomat sousu, sousu, narşərab (nar şirəsi) sousu və
mayonez sousu yeyinti sənayesi tərəfindən istehsal edilib hazır şəkildə ictimai iaşə
müəssisələrinə verilir.
“Cənub” sousu bir çox müxtəlif xörək və souslar hazırlanan zaman tətbiq
edilir.
Tünd tomat sousundan müxtəlif ət xörəkləri üçün istifadə olunur.
Narşərab sousları ayrıca qabda şişlik, lüləkabab və digər milli xörəklərin
yanına qoyulur və habelə bəzi xörəklər hazırlanan zaman tətbiq edilir.
Mayonez sousundan müxtəlif soyuq xörəklər üçün istifadə olunur və həm də
bu ayrıca sous qabında müxtəlif soyuq və isti xörəklərin yanında süfrəyə verilir.
Dostları ilə paylaş: