164
nəzarət oluna və olunmaya da bilər. Dünya bazarında
ixrac olunan məhsullar üçün tələb və təklifin balanslan-
dırılması təmin edilir. Hər hansı bir ölkədə ixracın həcmi
həmin ölkədə bu məhsulun artıq təklifi ilə təyin edilir.
Hər-hansı bir ölkəyə ixracın həcmi isə həmin ölkədə bu
məhsula olan artıq təlabatla təyin edilir. Ölkə daxilində ar-
tıq təklifin və ya tələbin olması
daxili bazarlarda təyin
edilmiş tarazlıq qiymətlərinin və həmin məhsullara digər
ölkələrdə təyin edilmiş qiymətlərin müqaviləsi, nəticəsin-
də təyin edlir. Beynəlxalq biznesin həyata keçirildiyi qiy-
mətlər həmin məhsul üçün təyin edilmiş minimum və ma-
ksimum daxili qiymətlər arasında olur. Beləliklə, müəssisə
dünya bazarına daxil olması əmək daxili bazarda onun
üçün imkanların zəifləməsi nəticəsində olduğu kimi, həm
də digər ölkələrdə onun üçün perspektivlərin açılması nə-
ticəsində də ola bilər. Bundan başqa, istehsalçıların dünya
bazarına çıxması dövlət tərəfindən də stimullaşdırıla bilər,
belə ki, bu hal xarici valyutanı dövlətə axınını artırar və
xarici ticarət çatışmazlığının aradan qaldırır. Dövlətin xa-
rici iqtisadi fəaliyyətə qarışması müsbət olduğu kimi, həm
də dünya bazarına mənfi təsir göstərə bilər. Bu
hər şeydən
əvvəl gömrük rüsumları və ya gömrük tarifləri formasın-
da, yəni dövlətin ixrac edilən məhsullar üçün təyin etdiyi
pul vergiləri formasında əks etdirilir. Gömrük tarifləri tə-
yin edilərkən nəzərdə tutulmuş məqsədlərdən asılı olaraq
onun 2 müxtəlif cəhəti fərqləndirilir:
1) fiskal tarif - əmtəə istehsalına əsaslanır.
2) proteksionist tarif – istehsalçının müdafiəsi məq-
sədi ilə əmtəə ixracını məhdudlaşdırar.
Dövlət uyğun pul vergilərini təyin etməklə yanaşı
beynəlxalq ticarət prosesində istehsalçının müdaifəsi və
165
müxtəlif növ kvotaların həyata
keçirilməsi yolu ilə məş-
ğulluğun sabitlədirilməsi və ya yüksəldilməsi kimi daxili
sosial məsələləri dünya bazarı həll edə bilər. Kvota hər
hansı bir məhsulun başqa ölkəyə daşınması üçün təyin dil-
miş kəmiyyət həddi deməkdir. Müstəsna hallarda kvota
üçün embarqo qoyulur, yəni hər hansı bir məhslunu tama-
milə qadağan edilir (sıfır hədli kvota). Qeyri-tarif gömrük
hədlərinə həmçinin hər hansı bir məhsulun diskriminasiya-
sı da aid edlir. Məhsula olan tələb və təklifin balanslaşdı-
rılması nəticəsində tənzimləyici qiymətlərin yarandığı –
qapalı daxili bazardan fərqli
olaraq beynəlxalq ticarətdə
tənzimləyici qiymətlər qarşlıqlı tələb və qarşlıqlı təklifin
balanslaşdırılması nəticəsində təyin edilir. Qarşılıqlı tələb
– məhsulun elə həcmidir ki, onu bütövlükdə mövcud olan
qiymətlər səviyyəsində nəql etmək mümkündür. Qeyd et-
mək lazımdır ki, qarşılıqlı tələb yerli istehlakçılar tərə-
findən tələbat demək deyildir. O, xaricdən xarici istehlak-
çılar tərəfindən o cümlədən, ölkə daxilində investisiyaları
həyata keçirən istehlakçılar tərəfindən təqdim edilən tələ-
batdır. Qarşılıqlı təklif – bu məhsulun elə bir həcmidir ki,
burda mövcud qiymətlər
səviyyəsində həmin məhsulun
bütün istehsalçıları öz məhsullarını bötüvlükdə təklif edir-
lər. Qarşılıqlı təklif məhsulu yerli istehsaldan onun ixra-
cına gətirib çıxarır. Bütün Dünya miqyasında keçid mər-
hələsi bitdikdən sonra (hansı ki, bunu həmişə tam sona
yetmiş hesab etmək olmaz) qarşılıqlı tələb qarşılıqlı təklif-
lə bərabərləşməlidir. Amma ayrı-ayrı regionların və ya
qrup ölkələrin miqyasında hətta keçid
mərhələsi sona ye-
tişdikdən sonra, yəni tam təyin edilmiş rejimə çatmasına
baxmayaraq bu və ya digər məhsul növü üçün balans ol-
maya bilər. Daxili bazardan fərqli olaraq xarici bazarın bu
166
və ya digər məhsul və ya xidmət növü üçün müəyyənləş-
dirilmiş hətta ən minimal məbləği belə ödəməyə hazır ol-
duğuna arxayın olmaq olmaz.
Dostları ilə paylaş: