156
ikinci yarısından etibarən yazılı ədəbi
dil kimi formalaşmağa və
tədqiq olunmağa başlamışdır.Məşhur çuvaş maarifçisi və yazıçısı
İ.Y.Yakovlev 1873-cü ildə rus qrafikası əsasında çuvaş dilinin
əlifbasını yaratmışdır.Müasir çuvaş ədəbi dilində ali və orta mək-
təblər
fəaliyyət göstərir, geniş miqyasda bədii və elmi ədəbiyyat
nəşr olunur.
23.ġor dili. Şimali Altay və Kuznetsk Altay, Xakas və Dağ-
lıq Altay vilayətləri ilə həmsərhəd olan Ton çayı sahillərində
yaşayan Şorların dilidir.Şor dili türk dilləri ailəsinə daxil olan bir
dil kimi Sovet hakimiyyəti illərində tədqiq olunmuşdur.Bu dilin
əsas tədqiqatçısı N.P.Drenkovadır.
Dillərin geneoloji təsnifi sahəsində tədqiqatlar hələ də davam
edir.Demək olar ki, dünya dilçiliyində indiyədək aparılmış ge-
neoloji təsnifə Yer üzündə mövcud olan bütün dilləri tam əhatə
edə bilməmişdir.Elə dillər vardır ki, onları indiyədək heç bir
mövcud dil ailəsinə və qrupuna daxil etmək mümkün deyildir.Bu
cəhətdən yapon, koreya, alban, yunan
və başqa dillərin digər
dillərlə tarixi qohumluq əlamətlərini öyrənib aşkara çıxarmaq
müasir dilçiliyin qarşısında bir problem olaraq qalmaqdadır.
M.Qaşqarlı: ―Dərdini dinlədə bilmək və türklərin könlünü
almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur‖.
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olub. Za-
man keçdikcə bu dillər arasında bölünmə getmiş,
bir dildən on-
larla dil formalaşmış, formalaşanda da hər birindən yenə başqa
dillər əmələ gəlmişdir. Bu gün dünyada 3500-dən çox dil var. Bu
törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür.
Bir kökdən törəyən dillərə qohum dillər deyilir.Qohum
dillərin hamısı birlikdə dil ailəsi adlanır.
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ai-
ləsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu.
Dilimiz oğuz qrupuna daxildir. Türk (Türkiyə türkcəsi),
türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız,
157
tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qru-
puna
isə özbək, uyğur, salur və s. dillər daxildir.
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci
minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan
dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və
qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından forma-
laşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas fondu (leksikası) və
qrammatik quruluşu müəyyənləşir
Dünyada nə qədər azərbaycanlı yaşayır? –
Almaniyada yaşa-
yan soydaşımız Əli xan İqbal bu suala cavab vermək məqsədilə
araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı
48.703. 575 nəfər təşkil edir Azərbaycan dilində dünyanın 85 öl-
kəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar,
tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər.
Türk dilləri qrupu 5 yarımqrupda formalaşmışdır:
1.Oğuz dilləri yarımqrupuna (4 dil), 2.Qıpçaq dilləri yarım-
qrupuna (5 dil), 3.Bulqar dilləri yarımqrupuna (6 dil), 4.Qarluq
dilləri yarımqrupuna (3 dil), 5.Tukay dilləri yarımqrupuna (5 dil).
Dostları ilə paylaş: