152
balkarların bir hissəsi isə Qırğızıstan, Qazaxıstan və Öz-
bəkistanda yaşayır.Onların miqdarı 200
min nəfərdən
çoxdur.Qaraçay-balkar dili əsrimizin 20-ci illərindən sonra tədqiq
olunmağa başlamışdır.Bu dilin əlifbası rus qrafikası əsasında
yaradılmışdır.
8.Qırğız dili. Əsasən, Qırğızıstanda, daha sonra Özbəkis-
tanda, Tacikistanda, Qazaxıstanda,
habelə Çində, Monqolus-
tanda, Əfqanıstan və Pakistanda yaşayan 2 milyondan çox əha-
linin dilidir.Qırğız dili fonetik və leksik
xüsusiyyətlərinə görə
Altay dilinə daha yaxındır.Müasir qırğız ədəbi dilinin formalaş-
ması Sovet hakimiyyəti illərinə təsadüf edir.1926-cı ilədək ərəb,
sonra latın, 1940-cı ildən etibarən isə rus qrafikası əsasında yeni
əlifbadan istifadə olunur.
9.Qumuq dili. Dağıstanda yaşayan qumuqların dilidir.Bu
dildə Çeçen-İnquş və Şimali Osetiyada yaşayan qumuqlar da da-
nışır.Hal-hazırda bu dildən 250 minə qədər adam istifadə
edir.Qumuq dilinin sistemli
və elmi şəkildə tədqiqi
H.K.Dmitriyevlə başlanmışdır.Başqa türk dilləri kimi qumuq dili
də ərəb qrafikası bazası əsasında Böyük Oktyabr sosialist
inqilabından sonra yaranmış, sonra latın qrafikasına, 1939-cu
ildən rus qrafikasına keçilmişdir.
10.Yakut
dili.
Yakutda yaşayan yakutların dövlət
dilidir.Yakutlar eyni zamanda Krasnoyarsk diyarının Taymır və
Evenki
milli dairələrində, habelə Maqadan, Saxalin və Amur
vilayətlərində də yaşayırlar.Bu dildə danışanların ümumi sayı
hal-hazırda 300 mindən artıqdır.Yakut dilinin öyrənilməsinə XIX
əsrin ikinci yarısından başlanılmışdır.1922-24-cü
illərdə yakut
dilinin əlifbası beynəlxalq transkripsiyaya əsaslanmış, 1924-39-
cu illərdə yazıda latın əlifbasına keçilmiş, 1939-cu ildən rus
qrafikası əsasında yaranmış əlifbadan istifadə olunur.Müasir
yakut ədəbi dili özünün ən yüksək inkişaf mərhələsində fəaliyyət
göstərir.Hal-hazırda
bu dildə elmi, ictimai-siyasi və bədii