Mövzu 2. İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər
Mövzu üzrə qrup müzakirələrinin və analizlərin istiqamətləri:
• Qədim Şərqdə iqtisadi fikirin meydana çıxması
• Qədim Çin və Hindistanda iqtisadi fikrin əsas nümayəndələri
• Qədim Yunanıstanda iqtisadi fikirlərin təşəkkülü
• Qədim Romada quldarlıq dövrünün iqtisadi ideyaları
• Qurani-Kərim və hədislərdə iqtisadi dəyərlər
• İslamda maliyyə,
bank və vergi sistemi
Qədim Şərqdə iqtisadi fikirin meydana çıxması
İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş
iqtisadi
görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil.
Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü,
ilkin olaraq qədim dünyada
meydana gəlmişdir. Minilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr,
baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəslə keçmiş və müxtəlif səpkili əfsanələr,
rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi
və mənəvi mədəniyyətlərinə
çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə
özünü Qədim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunələri olan Yunanıstanda və
Qədim Romada əks etdirmişdir.
İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal vasitələrinin təsərrüfat həyatında
müəyyənedici rola malik olması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu
müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik
olması ilə,
ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin
inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqədar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən
"siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan
birini Asiya istehsal üsulu,
digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim
dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan
və Qədim
Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın
təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunmasında, insanların istehsal vasitələrinə
və əməyinə görə davranış və fəaliyyət qaydalarının müəyyənləşdirilməsində nəticə etibari ilə eyni
iqtisadi fikirlər söylənilmişdir.
Гядим дюврдя игтисади биликляр щяр щансы бир айрыжа ясяр вя китабларда шярщ едилмямишдир.
Бу дюврцн игтисади мцлащизяляри юз яксини даш цзяриндя михи йазыларда, мифолоэийада, поема,
дастан вя наьылларда, фялсяфи трактатларда, мцтяфяккирлярин вя щюкмдарларын игтисади програм
вя ислащатлаr
ıнда,
дювлят сийасятиндя, müqəddəs kitabların əxlaqi və hüquqi normalarında
tapm
ışdır. Бу мянбялярin bəzilərində гядим халгларын тясяррцфат щяйаты щаггында мялуmatlar
verilmi
ş, bəzilərində isə iqtisadi həyata dair prinsiplər, dəyərləndirmələr,
qanunlar və
t
övsiyələr verilmişdir.