Mövzu İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix26.06.2022
ölçüsü1,6 Mb.
#117260
1   ...   6   7   8   9   10   11   12   13   14
Mövzu 2 İqtisadi fikir tarixi fənninin predmeti, 220421 230356

1. Əmri pozma. Allahın əmri bütün məxluqatın əmrindən üstündür və ona qarşı gəlmək böyük 
günahlardandır. 
2. Müsəlmanlar arasında parçalanma. Faiz müsəlmanların birliyini pozur, parçalanmanı 
gücləndirir, qardaşlıq və ehtiyac duyğusunu aparır. 
3. Faiz yoxsullardan zənginlərə transfer əməliyyatıdır. Lakin İslam dini bunun əksini əmr 
etmişdir. Nəticədə isə cəmiyyətdə təbəqələşmə prosesi güclənir. 


4. Tənbəllik və ətaləti artırır. Borcu faizə verənlər borc hesabına gəlir (faiz) əldə edir və bu 
insanlar arasında stimullaşdırmanı azaldır.
5. Allahın dərgahından uzaqlaşdırma. Riba insanı Allaha təvəkküldən, onun hüzurunda raz-
niyaz etməkdən, ona pənah aparıb xeyir-bərəkət diləməkdən məhrum edir, çünki insanın bütün 
ümidi borc verdiyi şəxsdən alacağı mənfəətə dikilir və bu da açıq-aşkar şirkdir.
6. Digər səbəblər. Faiz insanlar arasında ehtiyac duyğusu hissini aparır və düşmənçiliyi artırır. 
7. Bilmədiyimiz səbəblər. Bunları yalnız böyük hikmət sahibi olan Uca Allah bilir. 
 
Faiz borcdan əldə edilən gəlirdir. Buna ödənc faizi və ya kredit faizi deyilir. Hələ lap qədim 
zamandan Yunan filosoflarından Sokratın tələbəsi olan Eflaton faizi əxlaqa zidd bir münasibət 
bilərək həmişə pisləmişdir. Eflatuna görə ideal bir cəmiyyət üçün yoxsulluq və hədsiz varlanma 
yol verilməzdir. Puldan əmtəə kimi istifadə edib sərvət yaratmağı Aristotel qəribə səslənsə də belə 
pulu “yumurta verməyən toyuğa” bənzədib. Neoklassik elmi cərəyanın banilərindən hesab olunan 
Alfred Marşal kimi iqtisadçılar yığımla faiz həddinin bir-birinə bağlı olduğu fikrindədirlər. Yığım 
həcmini təyin edən ən önəmli amil faizin həddidir. Faiz həddi artdıqca yığımın mailliyi artacaq, 
faiz həddi düşdükcə yığımın mailliyi azalacaq. Bu cərəyanın nümayəndələrinə görə yığım 
həcmində meydana gələn hər artmada sənayenin, ticarətin və biznes həyatının inkişafına zəmin 
yaradan investisiyaların artması deməkdir. Neoklassiklərin bu təhlili sonralar görkəmli kapitalist 
iqtisadçısı C.M.Keynes tərəfindən çürüdülür. C.M.Keynsə görə faiz dərəcəsi bilavasitə 
dövrüyyədəki pulun kəmiyyətindən asılıdır. Pul təklifi artanda faiz dərəcəsi aşağı düşür və yaxud 
əksinə. Keynsin faiz nəzəriyyəsinin mərkəzində faiz normasının aşağı salınması tələbi durur. O 
göstərir ki, əgər faiz dərəcəsi yüksəkdirsə sahibkarların mənfəəti ondan yüksək deyilsə, onda onlar 
öz likvid prinsipinə əsasən, öz vəsaitlərini istehsala deyil, banklara yönəldəcəklər. Əgər faiz 
dərəcəsi aşağıdırsa onda onda pul şəklindəki real kapitallar istehsal sektoruna yönəldiləcək. 
Göründüyü kimi Keyns faizsiz sistemə çox yaxın bir mövqeydə olmuşdur. 
Keynesin bildirdiyinə görə yüksək faiz sahibkarlar tərəfindən qoyulan investisiya həcmini 
azaldacaqdır. Nəticə olaraq bir ticarətdə, sənayedə, təsərrüfat sahələrində mənfi yöndə təsir 
buraxacaq ki, bu da öz növbəsində hər sahədə yekun gəlirlərin azalmasına səbəb olacaq. 
Adambaşına düşən gəlirin azalması yığım həcmini mexaniki azaldacaqdır. Məhz buna görə də 
Keynes 3%-li faiz həddini normal saymışdır. Keynes özünün “Pul, faiz və məşğulluğun ümumi 
nəzəriyyəsi” kitabında İslam bank sistemini qəbul etdiyini və insanların təşəbbüs yolu ilə pul 
qazanmlarına baş vurmasını bildirir. Sosializm sistemində isə faizi əməyin sərmayə sahibi 
tərəfindən istismar edilməsinə səbəb olan sümürücü bir alət olaraq qiymətləndirirlər.
Faizli iqtisadiyyatda sistem dəyişdirmədən faizi dəyişdirmək mümkün ola bilməz, çünki 
faizsiz sistemin təməl əsası zəkat vergisidir. Bir ölkədə nə qədər faiz varsa, o faiz nisbətində o 
ölkədə inflyasiya olur. Qərbdə inflyasiya 2-3%-dir. Çünkü faiz dərəcələri qərbdə 2% 
miqdarındadır. Yəni bir ölkədə faiz varsa inflyasiya da vardır. İnflyasiya qarşı insanlar faizə hücum 
etdikcə, İnflyasiya artırırlar. İnflyasiyanın düşməsinin ilk təməl şərti faizlərin aşağı endirilib, 
sıfırlandırılmasıdır. Faizli sistemdə ediləcək dəyişiklik faiz həddini aşağı hədlərə doğru 
azaltmaqdır. Bu gün uğurlu sayılan Yapon iqtisadiyyatı belə ən aşağı faiz ödəyən iqtisadiyyatdır.
Sələmin və ya faizin iqtisadi cəhətdən ziyanı aşağıdakılardan ibarətdir.
O tələb dairəsini məhdudlaşdırır,
Təklifin stimullaşdırılması meylinin qarşısını alır, 
Bütövlükdə məcmu tələblə məcmu təklifin nisbətini nəinki tamamilə pozur, həm də onların 
kəmiyyət miqyasını məhdudlaşdırır, 
İstehsal xərclərini aşağı salma meylini aradan qaldırır, 
Qiymətlərin yüksək səviyyədə qalmasını əsaslandırır, 
Əhalinin məşğulluq dairəsini azaldır, 
İnflyasiya prosesini əbədiləşdirir, 
Qıtlıq yaratmaqda xroniki böhranı və iqtisadi tənəzzülü əsaslandırır, 
Adamlarda süstlüyü, ətaləti və mənəvi düşkünlüyü formalaşdırır, 
İnhisarlaşma prosesini sürətləndirir, 
Əhalinin təbəqələşmə prosesini artırır, 
Ədalətli bölgü və yenidən bölgü prosesinə mane olur, 
Rəqabət prosesini zəiflədir, 


İqtisadiyyatın birtərəfli inkişafını sürətləndirir.

Faizsiz bank – bank əməliyyatlarını faizsiz həyata keçirən bankdır. İslam bankı isə faizsiz 


bankçılıq əməliyyatlarını İslam etikası çərçivəsində həyata keçirən banklara deyilir. Yəni, daha 
dar çərçivədə fəaliyyət göstərir. Məsələn, faizsiz bankların ayırdığı vəsaiti pivə istehsalına 
sərmayə kimi ayırmaq olmaz deyən bir qanun yoxdur. Faizsiz bank əgər istəsə, cəlb etdiyi vəsaitlə 
pivə zavodu açar və istehsal olunan məhsulun satışından banka vəsait qoyan müştərilərə 
əvvəlcədən müəyyənləşdirilən payı gəlir olaraq ödəyə bilər. 
Lakin, İslam bankı şəriətin qadağa qoyduğu heç bir fəaliyyət növünə vəsait ayıra bilməz. 
Bura sələmçilik, pornoqrafiya, spirtli içkilərin istehsalı (hətta konyak butulkaları üçün tıxacın 
hazırlanmasına belə), tütün, qumar, kazino, donuz əti və donuz əti məhsulları, İslam dininin qadağa 
qoyduğu istənilən fəaliyyətin reklamına və təbliğatına vəsaitin ayrılması və s. daxildir. Bunu 
düstur şəklində yazsaq, aşağıdakı kimi olar: 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin