Güvən (etibar)
İşlərində
etibar
əsasında
hərəkət etmir (risk edir), özü də
etibarlı
deyil
Həm etibar və güvənli işə
yönəlir, həm də özü etibarlı
tərəfdaşdır
Rasionallıq
Dünyəvi rasionallığa malikdir Tam rasionallığa malikdir və
davranışda həm dünyanı, həm
də axirəti nəzərə alır
İslam iqtisadiyyatı və adil iqtisadi sistem üzrə dəyərli fikir sahiblərindən olmuş Professor
Nəcməddin Ərbakan
2
“mənəvi inkişaf” anlayışıyla islamda iqtisadi subyektin davranışına
toxunmuşdur. Ərbakana görə mənəvi inkişaf, fərdin islamın iqtisadi qanunlarına
görə hərəkət
etməsidir. Onun fikrincə mənəvi inkişaf olmadan maddi inkişaf mümkün deyil. İnsanların islami
şüura qovuşmasıyla, haramlardan uzaqlaşması, haqsız yoldan qazanc əldə etməməsi, infaq və
sədəqə verməsiylə daha ədalətli bir iqtisadi sistem meydana gələ bilər. Ərbakanın mənəvi inkişaf
deyimi kapitalizmin “homo economicus” anlayışının tam ziddidir.
İslam iqtisadiyyatı iqtisadi fəaliyyətlərdə əxlaqi dəyərin mərkəzi rol oynadığı ədalətə
söykənən iqtisadiyyatdır. Sosializm və kapitalizm quruluşlarında ictimai və iqtisadi problemlər
insan mənəviyyatına və əxlaqına fikir verilmədən həll olunur.
Ümumiyyətlə, Qərb təfəkkürünə
görə, bəşər həyatı üçün əsas hədəf maddi sərvətlərin artırılmasıdır. Qərbin kapitalist əxlaqi
dəyərlərinə əsasən iqtisadi cəhətdən faydalı olan (mənfəət gətirən) hər şey əxlaqlı sayılır.
İslamın əxlaq sisteminə görə bir işin "pis" və ya "yaxşı" olması onun iqtisadi cəhətdən
mənfəət gətirib-gətirməməsindən asılı deyil. İslama əsasən insanın öz faydasını düşünmədən,
qarşılıqsız, yalnız yaxşı iş olduğu üçün və məhz Allah rizasına görə atdığı addımlar ən ali əxlaqi
davranışlardır. İslam hüququ, qalan hüquqi sistemlər kimi, iqtisadi və başqa fəaliyyətləri üçün öz
“çərçivəsini” yaradır, lakin burada önəmli bir fərq vardır. Dünyəvi sistemlərdə qanunlar insan izni
ilə hazırlanır, dəyişilir və ləğv olunub, nəticədə dünyəvi xarakter daşıyırsa, İslam
sistemində
qanunlar ilahi xarakter daşıyır, qanunun mənbəyi Allah sayılır. İslam dəyişməz, sabit və hər bir
zamana uyğunlaşa bilən qanunları hər bir dövrdə dəyişən zamanın tələblərinə cavab verir. İslamda
istənilən hərəkət və ya hökmün beş növü vardır: "vacib" (mütləq edilməli), "haram" (qadağan
edilən), “müstəhəb” (edilməsi bəyənilən), "mübah" (izin verilmiş və ya tənzimlənməyən) və
"məkruh" (arzu olunmaz fəaliyyət). İslama görə hökmlərin mənbəyi Qurani-Kərimdən,
Peyğəmbər (s.ə.s) və məsum İmamların (ə.s) hədis və davranışlarından, icmadan (şəriət alimlərinin
ümumi razılığı) və ağıl ilə çıxarılan hökmlərdən ibarətdir.
İslam iqtisadiyyatının ayrılmaz elementlərindən biri də sosial ədalətdir. Müasir dövrdə
sosial ədalətə çatmaq üçün təklif olunan əsas nəzəriyyələri
libertarizm, utilitarizm və
Dostları ilə paylaş: