Mövzu İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix26.06.2022
ölçüsü1,6 Mb.
#117260
1   2   3   4   5   6   7   8   9   ...   14
Mövzu 2 İqtisadi fikir tarixi fənninin predmeti, 220421 230356

 
Hedonizm nəzəriyyəsi 
Sokratın
 tələbəsi tərəfindən yaradılmış bir təlimidir. Təlimə görə 
həzz hissi həyatda ən ali məqsəddir.
Hedonizmə görə əsas məqsəd "həzzə çatmaq və əzabdan xilas 
olmaq"dır. 
Hedonizm zövq almaq hissinin insanın həyat fəaliyyətinin son məqsədi hesab edir. 
Bu 
səbəbdən həzz gətirən istənilən hərəkət qiymətlidir. Epikür də hedonizm mövqeyində duraraq 
vurğulayırdı ki, insan bu dünyada nə qədər çox həzz alırsa, bir o qədər də xoşbəxtdir. Amma 


Epikür cismani zövqlə müqayisədə mənəvi zövqə, ali zövqlərdən alınan həzzə daha çox xüsusi 
diqqət yetirirdi. Məsələn, yaxşı insan olmağın həzzi, əxlaqın həzzi, 
incəsənət həzzi, dostluq həzzi, 
yaxşı adın həzzi, xatirənin həzzi, təsəvvürün həzzi, namusun həzzi, paklığın həzzi, gözəlliyin 
həzzi, xeyirxahlıq həzzi və s. Hedonizm ideyası iqtisad elmində 18-ci əsrdə yaranmış utilitarizm 
cərəyanının əsasını təşkil edir. 
 
 
 
Qurani-Kərim və hədislərdə iqtisadi dəyərlər 
İqtisadi təlimlər tarixinin bir elm kimi formalaşmasında Şərq iqtisadi fikrinin müstəsna 
dərəcəli təsiri olmuşdur. Bu hər şeydən əvvəl Şərqdə, xüsusən İlkin Ərəb Xilafəti dövlətində İslam 
dininin meydana gəlməsi (610-632-ci illər) ilə yeni iqtisadi münasibətlərin və davranış 
qaydalarının meydana gəlməsi ilə əlaqədar olmuşdur. 
Min illər boyu insanların mənəvi həyat tərzinin əsası kimi təsvir olunan islam eyni zamanda 
elmin bir sıra sahələrində böyük nailiyyətlərin əldə olunmasına istiqamət vermişdir. Sözsüz ki, 
burada fəlsəfəni, hüququ, sosiologiyanı, tarixi, ədəbiyyatı, dilçiliyi, kimyanı, fizika-riyaziyatı, 
coğrafiyanı və s. sahələri xüsusi qeyd etmək olar. Lakin Qurani-Kərimdə iqtisad elminə dair külli 
miqdar ayələrin olmasına, eləcə də şəriətdə xüms, zəkat, həcc kimi ərkan və ya rükunların 
göstərilməsinə baxmayaraq, onların sistemşəkilli tədqiqi istənilən səviyyədə aparılmamışdır. 
İslam - dini əqidə olmaqla, insanların həyat tərzini nizamlayan və tənzimləyən ictimai-
iqtisadi, sosial-siyasi, hüquqi-əxlaqi, mənəvi-mədəni davranış qaydalarını əsaslandıran bütöv bir 
elmi sistemdir. Bu sistem öz zənginliyini Qurani-Kərimdən, Həzrəti Məhəmmədin (s.ə.s) 
hədislərindən, Əhli-beyt İmamlarının fikirlərindən və böyük ilahiyyatçı alimlərin fətva və 
hökmlərindən götürmüşdür. 
Qurani-Kərim Allah tərəfindən 610-cu ildə Ramazan ayının Qədr gecələrinin birində 
Peyğəmbərin qəlbinə birbaşa nazil olmuş, sonra isə birdən-birə deyil, hissə-hissə, ilkin olaraq 
Məkkədə, sonra Mədinədə Allahın əmri ilə cənab Cəbrayıl tərəfindən Həzrəti Məhəmmədə (s.ə.s.) 
ayə-ayə vəhy vasisətilə çatdırılmışdır. Quran 114 surədən ibarət olub, müxtəlif qiraət variantlarına 
görə 6204 və ya 6236 ayəyə bölünür.
Qurani-Kərimdə insan azadlığına aid olan ayələrdə göstərilir ki, Allah insanı milliyyətindən, 
rəngindən, cinsindən asılı olmayaraq bərabər yaratmışdır. Qulu, köləni azad etmək, onun insani 
haqlarını bərpa etmək, ən ali mənəvi davranış qaydalarına daxil olan, xüsusi, savabı böyük olan 
yaxşı işlərdəndir. Azadlıq islamın ən mühüm prinsiplərindəndir. Tarixdə yazılır ki, İmam Əlinin 
deyirdilər ki, sənin siyasətdən başın çıxmır. Çünki onların nəzərində siyasət insanları "istənilən 
yolla" (aldatmaq, qorxutmaq, təhdid etmək, şirnikləşdirmək, zülm etmək və s. bu kimi işlərlə 
azadlılarını məhdudlaşdırmaq) idarəetmə sənəti idi. Amma İmam Əlinin nəzərində cəmiyyəti 
yalnız və yalnız azadlığını (ixtiyarını) əlindən almadan, onu aldatmadan, təhdid və təşviq etmədən, 
sərbəst seçimlərinə təsir göstərmədən idarə etmək olar. İslam demokratiyası məhz budur. 
İslam iqtisadi sistemində ekvivalent mal mübadiləsinə xüsusi diqqət yetirilir. Bununla 
əlaqədar Nisa surəsinin 29-cu ayəsində buyurulur: "Ey iman gətirənlər! Qarşılıqlı edilən alış-veriş 
müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə yeməyin və özünüz-özünüzü 
öldürməyin. Həqiqətən Allah sizə qarşı mərhəmətlidir". Yaxud, Əraf surəsinin 85-ci ayəsində 
göstərilir: "Adamların mallarının dəyərini azaltmayın". 
Adamlar hər cür zənginliyə, yeməyə, içməyə layiqdirlər. Lakin onlar hər cürə israfçılıqdan 
uzaq olmalıdırlar. "Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin, için, lakin 
israf etməyin. Çünki Allah israf edənləri sevməz". (Əraf surəsi, ayə 31). Bununla əlaqədar 
göstərilir ki, "Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın 
(israfçılıq, xəsislik, nankorluq etməyin, ehtiyacı olana şəriət qaydaları üzrə kömək göstərin), yoxsa 
qəzəbimə düçar olarsınız" (Taha surəsi, ayə 81). 
İnsanların fərdi qabiliyyəti daxilində sərvət əldə etmək imkanı Quranda xüsusi qeyd olunur 
və göstərilir ki, "hərə öz qabiliyətinə görə iş görər" (İsra surəsi, ayə 84). Deməli, insanlar 
qabiliyyətləri daxilində malik olduqları nemət və sərvətlərin xüsusi mülkiyyətçisinə çevrilməklə, 
ondan yalnız istifadə edə bilər və sərəncam verə bilər. İslama görə kiminsə varlı, kiminsə kasıb 
olması təbii sayılır. 


İnsanların sərvətlərə olan hərisliyini, tamahkarlığını nəzərə alaraq islam iqtisadi sistemində 
zəkatın, sədəqənin, fitrənin verilməsinə xüsusi diqqət, əhəmiyyət və üstünlük verilir. Mal-dövlət 
yığıb saxlayan və müəyyən qənimətlərə sahib olanlara, Allah payını acizlərə, "yoxsullara" 
verməyənlərə ciddi cəza veriləcəyi göstərilir. Əlbəttə, bu payın verilməsi müəyyən hədlə 
müəyyənləşdiyindən, qeyd olunur ki, "Allah heç kəsi özünün ona verdiyindən artıq xərcləməyə 
məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq, yoxsulluqdan sonra dövlət əta edər". (Talaq 
surəsi, ayə 7). Həmçinin qeyd edilir ki, "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq 
et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan" (İsra surəsi, ayə 29). 
Qurani-Kərimdə islam iqtisadi dəyəri kimi könüllü olaraq öz ehtiyacından artıq qalanını 
verməklə, insan ən yüksək ali davranışa malik olur və fərdi mənəviyyatı ucaldan prinsipi əldə edir. 
Quranda sədəqə ilə bağlı olduqca çox ayələr var. "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi 
sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi 
şəxs üçün bunu qat-qat artırır". (Bəqərə surəsi, ayə 261). 
Yoxsullara yardımla bağlı həmçinin, Bəqərə surəsinin 273-cü ayəsində Allah Peyğəmbərə 
belə buyurur: “Sədəqə
Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar 
üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən 
onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah 
malınızdan nə sərf etdiyinizi bilir.” 
Bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, Qurani-Kərimdə dini-mənəvi 
dəyərlərin ali davranış meyarlarını, eləcə də elmi gerçəkliyin müxtəlif sahə və istiqamətləri ilə 
bağlı ayələri göstərməklə, eyni zamanda insanın dünyəvi həyat tərzini nizamlayan, tənzimləyən, 
maddi dəyərlərlə bağlı davranış hədlərini, qaydalarını müəyyən edən ayələr də göstərilmişdir. 
Qurani-Kərim bəşəriyyət aləmində, onun müqəddəs ayələrindən bəhrələnən insanların həyat 
yolunda sönməz və əbədi məşəldir. 
Qurani-Kərimdən sonra dinin ikinci əsas mənbəyi hədislər (və ya sünnə) adlanır. Hədis (və 
ya sünnə) aşağıdakı növlərə bölünür:
1. Söz (sözlü sünnə) – Peyğəmbər və ya İmama (ə) aid kəlamdır.
2. Əməl (feli sünnə) - Peyğəmbər və ya İmama (ə) aid davranış və hərəkətləri bildirir.
3. Təqriri hədis (münasibət sünnəsi) - Peyğəmbər və ya İmamın (ə) hüzurunda başqaları 
tərəfindən söylənən sözləri, edilən hərəkətləri və ya ona çatan xəbərləri sükut ilə qarşılamasına 
deyilir. 
Hədislərdə də fərdin və cəmiyyətin iqtisadi həyatına aid kifayət qədər göstərişlər, biliklər və 
yanaşmalar vardır.
Hədislərə əsasən demək olar ki, yoxsulluq İslam dininin nəzərində bəyənilməyən və 
məzəmmət olunan ictimai haldır ki, dinimiz bütün qanunları ilə onu aradan qaldırmağa cəhd edir.
İslam dini heç vaxt halal yolla əldə edilən zənginliyin, şəxsi mülkiyyətin əleyhinə olmamışdır, 
əksinə şəxsi mülkiyyəti insanların təbii haqqı olaraq dəyərləndirmişdir. İslam yalnız işçilərin, 
muzdlu insanların əməyinin istismar edilməsini, istehsal hərcmərcliyini, iqtisadi böhran, işsizlik 
yaradan amilləri, ədalətsiz bölgünü, insanların mal-mülklərinin qarət edilməsini, soyğunçuluq və 
fırıldaq yollarla zənginləşməyi, zəruri məhsulunun bir hissəsini öz şəxsi büdcəsində toplamaq, 
möhtəkirlik və inhisarçılıq etməklə varlanmağı qadağan etmişdir. İmam Sadiq (ə) "Halaldan var-
dövlət toplamayanda heç bir ağıl yoxdur", deməklə insanları zənginliyə səsləyir. 
Allahın Peyğəmbəri (s) yoxsulluq haqqında belə buyurmuşdur: "Yoxsulluq öldürülməkdən 
daha pis və daha ağırdır".
1
Lakin bəzən elə hədislərə rast gəlirik ki, dinimizin məzəmmət etdiyi yoxsulluğu mədh edir. 
Əvvəla, t
əbiidir ki, əgər insanın malik olduğu sərvət onu Allaha itaətsizliyə vadar edərsə və qəflətə 
salarsa, bu zaman yoxsulluq mədh olunmağa başlayar. Yoxsul insanın Allaha diqqəti zəngin və 
rifah içində olan insanın diqqətindən daha çox olar. Ona görə də bu cür yoxsulluq təbiidir ki, 
1
Yazıçı psixoloq İlqar Kamil Peyğəmbərin bu sözünü belə açıqlayır: “Çünki ölüm bir dəfəlik, yoxsulluq isə hər gün 
təkrar-təkrar ölməkdir; müalicəyə çox ehtiyacı olan ata-ananın yalandan "mən yaxşıyam, bala, narahat olma!" - deyən 
titrək səsində ölmək, övladlarının boş əllərə zillənmiş ac baxışlarında ölmək, "darıxma, yaxşı olacaq!" - deyən həyat 
yoldaşının saxta təsəllilərində ölmək...". 


qəflətdə olan zənginlikdən daha yaxşıdır. 
İmam Mühəmməd Baqir (ə) buyurub: “Kasıb möminlər 
cənnət bağlarına varlı möminlərdən 40 il əvvəl buraxılacaqlar”. Sonra imam öz fikrini belə 
açıqlayıb: “Təsəvvür et ki, gömrük məmuru iki gəmini yoxlayır. Gəmilərdən birinin boş olduğunu 
görəndə deyir ki, buraxın üzüb getsin. Amma o biri gəminin dolu olduğunu görəndə əmr verir ki, 
saxlasınlar (ta ki, içindəkiləri yoxlasın)”.
İslam Peyğəmbərinə vəhy gəlməzdən qabaq o Məkkədə adlı-sanlı ticarətçilərdən biri olub. 
20-25 il ticarət edən bir insan əlbəttə yoxsul ola bilməz. Peyğəmbərimiz 25 yaşında Məkkənin ən 
varlı qadınlarından olan hz Xədicə ilə ailə qurub və bundan sonra o sərvəti özü idarə edib. 
Həmçinin, İmamlar da varlı və imkanlı olublar. Tarixdə yazılır ki, İmam Həsən (ə) iki dəfə bütün 
sərvətini yoxsullara bağışlayıb. İmamlar da varlı olublar və öz sərvətləri ilə insanlara yardım 
ediblər. Hədislərə əsasən sərvət Allah yolunda çalışmaq və təqvalı olmaq üçün ən gözəl 
yardımçıdır. Allah dostları yoxsul olmayıb, varlı, dövlətli ola-ola yoxsul kimi sadə həyat sürüb. 
İslam qazancın deyil, qazanca bağlılığın əleyhinədir. İslam dəyərləri qazancı paylaşmağa təşviq 
edir və dünya malına göz dikməməyə, sərvətə bağlanmamağa və ilahi prinsipləri (qadağa və 
əmrləri) həmişə qorumağa çağırır.
Hədislər iş və fəaliyyətdən uzaq qalmağı da məzəmmət edir. İmam Əli Kufə məscidinin bir 
küncündə oturmuş dəstəni gördükdə onlardan nə işlə məşğul olduqlarını soruşur. Cavab verirlər 
ki, onlar "Ricalul-həqq"dirlər (Allah adamlarıdırlar). Bir şey versən yeyər, verməsən səbir edərlər. 
İmam buyurur: "Kufə bazarının itləri də belədirlər. Sümük tapsalar yeyərlər, tapmasalar səbr 
edərlər". Sonra həzrət bu dəstənin dağılmasına və hər kəsin iş dalınca getməsinə göstəriş verir. 
Tədqiqatçılar yazır ki, İmam Əli (ə) hamıdan çox cəmiyyət arasında olan və ictimai 
fəaliyyətlə, sərvət istehsalı ilə məşğul olan bir şəxs olub. Lakin o, sərvəti öz əlində saxlamır, bir 
yerə yığıb toplamırdı. Həmin dövrdə elə bir qanuni istehsal işi olubmu ki, Əli (ə) onunla məşğul 
olmasın? Əgər ticarət desən, onunla məşğul olub, əkinçilik, bağ salmaq və ağac əkmək desən, edib, 
quyu qazmaq desən, qazıb, əsgərlik desən, edib. Amma o bu işlərin hamısı ilə məşğul olmasına 
baxmayaraq, zahid (dünyaya biganə, sadə, təmtəraqsız həyata sahib, ) olub. Bəzən gedib 
Mədinənin kitab-əhlinə və qeyri-müsəlmanlara məxsus bağlarında onlar üçün işləyərdi, xidmət 
edərdi, muzd alardı və sonra muzdunu çörəyə çevirərdi. Evinə buğda, arpa gətirərdi, xanım 
Fatimeyi-Zəhra (ə) öz əli ilə onlardan un üyüdərdi, çörək bişirərdi. Bununla yanaşı, bir ehtiyacı 
olan şəxs, miskin, yetim və əsir görəndə dərhal onu özlərindən qabağa salardılar. Bu idi Əlinin (ə) 
zahidliyinin mənası! Qurana əsasən zahidlik insanın əlindən çıxan şey üçün təəssüflənməməsi və 
ona verilən şey üçün (yersiz) sevinməməsi xüsusiyyətidir. İslama əsasən zahid şəxs başına gələn 
hadisələrdən asılı olmayaraq daim şad və hüzurlu olur. 
Karl Marks yazırdı ki, saraydakı təfəkkür ilə daxmadakı təfəkkür bir-birindən həmişə fərqli 
olur. Yəni saray insanı fərqli düşünür, daxmadakı insan isə fərqli. Amma İmam Əli öz həyat 
fəaliyyəti ilə bunun tam əksini sübut etmişdir. İmam Əli xəlifə olarkən bütün ərəb xilafəti Əliyə 
tabe idi. Amma o bir ömür zahid kimi ömür sürdü. Xəlifə olduqdan sonra Əlinin süfrəsi, libası, 
düşüncəsi, münasibəti heç dəyişmədi. Yenə əvvəlki Əli idi.
Beləliklə, İslam dünya malına bağlanmağı qadağan edir, sahib olmağı yox. Quranda bu 
barədə deyilir: "(Ya Rəsulum!) De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, 
qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza 
gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, 
Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!"
İslamın nəzərində sərvət heç vaxt pis və uzaq qalmalı bir şey deyil. Əksinə onu atmaq (israf 
və malı zay etmək) qətiyyətlə haramdır. Səhvin yaranmasına səbəbi budur ki, islam sərvəti hədəf 
seçməyə və insanın sərvətə qurban olmasına qarşı olub və bununla mübarizə aparıbdır. Başqa 
sözlə, pulpərəstliyi və insanın pulun qulu olmasını pisləyibdir. Yəni insan pulu pulun özünə görə 
və yığmaq üçün istəsə, Quranın buyurduğu kimi: “Qızıl-gümüş yığıb onu Allah yolunda 
xərcləməyənləri şiddətli bir əzabla müjdələ”, buna hərislik deyilir. 
Quranın “İnsan, özünün dövlətli və ehtiyacsız olduğunu gördüyü üçün azğınlıq edər" ayəsi 
isə pulun insanın şəxsiyyətini dəyişməsindəki rolunu açıqlayır.
Hədislərin birində deyilir ki, İshaq ibn Əmmar İmam Sadiqdən (ə) soruşub ki, bu düzdürmü 
ki, bir nəfər Həzrət Peyğəbərin (s) yanına gəlib kasıblığından şikayət etmişdir və Peyğəmbər də 


ona evlənməyi əmr etmişdir və bunu üç dəfə təkidlə demişdir. İmam Sadiq (ə) ona buyurdu: "Bəli, 
düzdür". Sonra İmam (ə) buyurmuşdur: "Ruzi həyat yoldaşı və ailə ilə bir yerdə gəlir". İslamda 
Allahın insan üçün ruzi və qazanc təminatına zamin olduğu qeyd edilir.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin