54
Öhdəsinə düşən funksiyaları yerinə yetirmək üçün kompüter saniyədə trilyon
ə
məliyyat aparmalıdır. Bu sürəti isə
paralel işləyən çoxprosessorlu, çoxmaşınlı
sislemlərin köməyi ilə əldə etmək olar
İ
ntellektual sistemlərdə informasiya emalının kompüterdə də insan beynində
olduğu kimi həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini tənzimləyən sinir
hüceyrələrinin – neyronların funksiyalarıni kompüterdə modelləşdirən nəzəriyyə
(neyron şəbəkələri nəzəriyyəsi) əsasında kompüterlərə
öyrənmə qabiliyyəti verən
alqoritmlər yaradılır. Neyronların bir sıra funksiyalarını yerinə yetirən inteqral sxemlər
yaradılmışdır. Nəzəri hesablamalara görə optik elementlər əsasında yaradılan
kompüterlər saniyədə yüz trilyonlarla əməliyyat yerinə yetirə bilər. Məlumatın işıq
ş
üalarından istifadə etməklə yüksək sürətlə və etibarlı ötürülməsi və emalı son illər
geniş yayılmışdır.
Demə
li, intellektual tə
lim sistemlə
ri :
1. müəyyən məqsədə yönəldilmiş olmalıdır. Məqsədin verildiyi və ya sistem
tərəfindən formalaşdırılmasının fərqi yoxdur.
2. əhatə olunmuş aləmin
dəyişməsinə reaksiya verməli, yəni kriteriyanın
dəyişməsi ilə məsələni həll etməlidir.
3. bilik hüdudlarını daim genişləndirməlidir, öyrənmək və özünü öyrətməklə
modelini təkmilləşdirməlidir;
4. məntiqi nəticələri istifadə etməklə şəraiti tanımaq
və qərar qəbul etmək,
həmkarları ilə ümumi dil tapmaq, lazım gələrsə gördüyü işi izah etməyi,
proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə əlaqələndirməyi bacarmalıdır və s.
Beləliklə,
intellektual tə
lim sistemlə
ri –
müəyyən məqsədə yönəldilmiş,
fəaliyyətini vəziyyət və proqnoza əsasən planlaşdıran, aləmin modeli əsasında həssas
orqanlardan və insanla intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı
cari informasiya və özünüöyrənmə yolu ilə aldığı biliyi və “genetik” biliyi istifadə
etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik sistemdir.Sistem öyrənən
55
və ya özünüöyrədən, proqnoz, xarici aləmlə əlaqə, məqsədi formalaşdıran bloklardan
təşkil olunur.Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual təlim sistemlərinin
ağıllı fəaliyyətini təmin etmək üçün strukturda “intellektual təşkilatçı” blokunun
olması vacibdir[13,s.29-31].
Dostları ilə paylaş: