Dərsliklər və dərs vəsaitləri-tədris proqramının tələbələri əsasında hazırlanır.
Dərslik düşünməyi öyrədir. Əsas mənbə olub bilik əldə etməyə imkan yaradır.
Dərs vəsaitlərinə aiddir: müntəxəbatları, metodik göstəriş və tövsiyələr, lüğətlər,
məlumat kitabçaları və s.
Mövzu № 14: Müəllimin dərsə hazırlıq mərhələləri. Plan : 1.Dərsin planlaşdırılması; 2.Müasir dərsin səmərəliliyinin yüksəldilməsi; 3.Hər bir dərs üçün psixoloji düzgün seçilməsi; 4.İdraki fəallıq üçün psixoloji mühitin yaradılması; Müasir dövrdə müasir məktəb müəllimin pedaqoji fəalliyyətinin səmərəli təşkili
funksiyaları, ynəi, müəllimin və dərsin funksiyaları günün tələbləri baxımından
yüksək səviyyədə qurulmasıdır. Pedaqoji funksiya müəllimə peşə bilikləri və
bacarıqlarının tətbiq etmək istiqamətini göstərməkdir. Pedaqoji fuksiyalara
daxildir: təhsil vermək, tərbiyə etmək, inkişaf etdirmək, sitimullaşdırmaq
(toqsanomiya) və təhlil etmək.
Bu baxımdan təlim prosesinin də özünəməxsus quruluşu vardır: təlimin
məqsədi, məzmunu, motivləri, idrak təlabatları, vasitə metodları və təşkili
formaları daxildir.
Təlimin məqsədlərinin məzmunu fənn kurrikulumlarında öz əksini tapmışdır.
Müasir pedaqogikada dərsin yeniliklər əsasında qurulması yeni konsepsiya
(toqsanomiya binlum toqsanomiyası) formalaşıb. “Toqsanomiya” yunan
sözüdür, “taqsuz” qayda ilə yerləşmə, “namos” qanun (yəni “qaydaya uyğun
olaraq dərsin təşkili”) deməli, təlim məqsədlərinin toqsanomiyası psixoloji,
məntiq obyektiv və praktik prinsiplərə əsaslanır. Başqa sözlə, dərk etmək,
öyrənmək və təfəkkürə yiyələnməlidir, (analiz+sintek= təfəkkürə yiyələnmək).
Beləliklə, hər bir dərsin elmi, nəzəri, metodik, pedaqoji səviyyəsinin
yüksəldilməsi onun təlim, tərbiyə imkanlarına səmərəli təsir etməsi üçün
müəllimin öz fənnini necə bilməsi çox vacibdir. Məhz, bu baxımdan müəllim 3
istiqamətdə dərsə hazırlaşmalıdır: