təşkilatlar dövlətlər tərəfindən yaradılır) 2) Bu subyektlik spesifik xarakter daşıyır (bu subyektlik təşkilatın məqsəd və vəzifələri ilə şərtlənir.
3) Beynəlxalq Təşkilatların və onların vəzifəli şəxslərinin immunitet və imtiyazları diplomatik yox, funksional xarakter daşıyır. 4) Beynəlxalq Təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər. Təşkilatın məqsədlərindən və vəzifələrindən, təsis aktından asılı olaraq, subyektliyin
dərəcəsi müxtəlif ola bilir.
Məsələn: BMT digər təşkilatlara nisbətən subyektlik həcmi daha genişdir.
Beynəlxalq Təşkilatlar dövlətlərlə və başqa təşkilatlarla müqavilələr bağlaya bilər, zərərin
ödənilməsi barədə iddialar qaldıra bilər, milli yurisdiksiyalardan immunitetlərə malikdir.
12) Beynəlxalq hüquq mənbələrinin anlayışı və növləri Hüququn mənbəyi, hüquq normasının ifadə forması başa düşülür.
Ölkə daxilində hansı hüquq mənbələrinin olmasını həmin ölkənin Konstitusiyasından və ya
müvafiq qanunvericilik aktından bilirik. Beynəlxalq hüququn mənbələri isə BMT Beynəlxalq Məhkəməsi Statutunun 38-ci maddəsində göstərilmişdir. Beynəlxalq Məhkəmə ona təqdim olunmuş mübahisələri həll edərkən:
a) beynəlxalq müqaviləyə;
b) beynəlxalq hüquqi adətə;
c) məhkəmə qərarlarına və.s-ə baxır.
Bundan əlavə, müasir beynəlxalq hüququn mühüm mənbəyi olan beynəlxalq təşkilatların qətnamələri də vardır.
A) Beynəlxalq müqavilə 2 və ya daha artıq dövlətarasında bağlanan,qarşılıqlı beynəlxalq
hüquq və vəzifələri müəyyən edən razılaşma kimi başa düşülür.
Beynəlxalq müqavilələr nadir halda şifahi formada da bağlana bilər. Buna “