3
SƏTH HADİSƏLƏRİ
Izahat vərəqi
“Nəzəri elektrokimyanın əsasları” fənni “Kimyaçı” ixtisası alan
tələbələrə IV kursda 60 saat ( 30
saat mühazirə, 30 saat lab.)
həcmində tədris edilir.
Nəzəri elektrokimya fiziki kimyanın bir bölməsi olub,
enerjinin
kimyəvi və elektrik formalarının qarşılıqlı çevrilməsinin ümumi
qanunauyğunluqlarını öyrənir.
Kursun əsas vəzifəsi elektrokimyanın əsas qanunlarının
fiziki
mahiyyətini dərk etməyi və müxtəlif elmi problemləri həll edərkən
onların tətbiqinin mümkünlüyünü
başa düşməyi tələbələrə
öyrətməkdir. Bu fənnin öyrənilməsi zamanı qazanılan biliklər
kimyəvi proseslərin elektrokimyəvi üsulla aparılmasına
imkan
verdiyindən tələbə materiyanın hərəkətinin müxtəlif formaları
arasında əlaqəni daha yaxşı dərk edir,
onlarda elmi dünyagörüşü
formalaşır.
Kursun əsas məqsədi elektrokimyəvi proseslərin,
elektrolit
məhlullarının strukturu və onlarda köçürülmə proseslərinin
mahiyyətini
dərk etməyi bacaran; elektrokimyəvi proseslərin
termodinamikası və kinetikası haqqında
müasir nəzəri təsəvvürlərə
və praktik vərdişlərə malik olan mütəxəssislərin hazırlanmasıdır.
Fənnin mənimsənilməsi nəticəsində tələbələr
Bilməlidir:
-elektrolit məhlullarının əmələgəlmə və davamlılığının səbəbləri;
-elektrolit məhlulları haqqında nəzəriyyələri;
-elektrolit məhlullarının termodinamikasını;
-elektrolit məhlullarında köçürülmə proseslərini;
-elektrokimyəvi sistemlərdə tarazlıq proseslərini;