MəiĢət zorakılığın subyektləri kimdir və formaları hansılardır Məişət zorakılığını bir-birinə qarşı ər-arvad, faktiki nikahda olan ər-arvad, valideynlər,
uşaqlar, nənələr-babalar, nəvələr, doğma və ögey qardaş-bacılar, övladlığa götürmüş və övladlığa
götürülmüş şəxslər, keçmiş ər-arvad, qəyyum və himayəçilər və üzərində qəyyumluq və
himayəçilik təyin edilmiş şəxslər, bir yerdə yaşayan qohumlar, ögey valideynlər və s. şəxslər törədə
bilərlər.
Məişət zorakılığı haqqında danışılarkən, çox vaxt məhz fiziki zorakılıq başa düşülür. Qeyd
etmək vacibdir ki, zorakılığın fiziki, psixoloji, iqtisadi və cinsi formaları mövcuddur [2]. Bu
formalar arasında ən çox rast gəlinən psixolji zorakılıqdır. Övladının yaxşı qiymət almadığı, həyat
yoldaşının iş tapa bilmədiyi və ya az qazandığı üçün alçatma, özgüvənini aşağı salma, hədələmə və
s. psixoloji zorakılıq hesab olunur.
Azərbaycan qadınları həyatı boyu bir çox iqtisadi maneələrlə üzləşirlər. Qadına təhsil almağa,
işləməyə, özünü inkişaf etdirmək üçün kurslara, təlimlərə getməyə icazə verməyən şəxs və ya
bütövlükdə ailə qadına qarşı iqtisadi zorakılıq törətmiş olur. Çoxlarımız işləyən qadınları azad
hesab edirik. Əlbəttə ki, işləyib iqtisadi cəhətdən azad olan qadınların sayı çoxdur, lakin ailə
daxilində atası, qaynanası, həyat yoldaşı tərəfindən maaş kartları əlindən alınan, əziyyətlə qazandığı
pulu öz ehtiyaclarına xərcləyə bilməyən qadınlar da az deyil. Belə insanlar bunu ―ailə büdcəsi‖
qurmaq üçün etdiyini iddia etməsinə baxmayaraq bu iqtisadi zorakılıqdan başqa heç nə deyil.
Həyat yoldaşı və ya partnyor tərəfindən digər həyat yoldaşı və ya partnyora qarşı intim
cəhətdən törədilən zorakılıq məişət zorakılığın cinsi formasına aiddir. Lakin, təəssüflər olsun ki, bir
çox ölkələrdə ər-arvad münasibətlərində zorlama cinsi zorakılıq kimi qəbul edilmir. Buna əsas
*
magistr, Azərbaycan Universiteti, Gənclərlə iş ixtisası Email: ellaabdullaeva21@gmail.com