~ 24 ~
UOT 364.044.43
ƏLĠLLĠK ANLAYIġI, SƏBƏBLƏRĠ VƏ FĠZĠKĠ ƏLĠLLĠYĠN TƏSNĠFATI
Naciyə Həsənova
*
Məqalə redaksiyaya daxil olmuşdur: 30
avqust 2022; çapa qəbul edilmişdir: 10 sentyabr
2022; online-da çap edilmişdir: 30 oktyabr 2022
Received:
30th of August, 2022; accepted: 10th of September, 2022; published online: 30th of
October, 2022
Xülasə
Zaman nə qədər irəliləsə də, əlilliklə olan problem hələ də aktuallığını qoruyub saxlayır.
İstər
ölkəmizdə, istərsə də digər ölkələrdə ―əlillik‖ anlayışı tam qavranılmır. Valideynlər sahib
olduqları əlilliyi olan övladlarından utanır, onları daim insanların nəzərlərindən gizlətməyə və
qorumağa çalışırlar. Məqalədə ―əlillik anlayışı‖nın müxtəlif zamanlarda
necə analiz olunduğu,
onlara qarşı hansı münasibətlər göstərildiyindən bəhs olunur. Əlilliyə səbəb olan faktlar və həmin
şəxslərin hansı problemlərlə qarşılaşaraq həyata adaptasiya olduqlarını müşahidə edəcəyik.
Açar sözlər: əlillik, fiziki əlillik, əlilliyi olan şəxslər, əlilliklə bağlı problemlər
GiriĢ
Ölkəmizdə hal – hazırda 541.4 min əlilliyi olan şəxs olmasına baxmayaraq hələ də əlil,
əlillik kimi məhfumların tam dərk ediləsisndə müəyyən problemlər və çətinliklər yaşanmaqdadır.
Əlilliyi olan insanlar müasir cəmiyyətdə öz yerlərini tam tuta bilmədikləri üçün onlar haqqında
―yazıq‖, ―zavallı‖, ―bacarıqsız‖, ―köməyə möhtac‖ kimi mənfi fikirlər formalaşıb.
Hüquqi dövlət
olan Azərbaycan Respublikası sosial dövlət olmaq istiqamətində işlər görülməkdədir. Bu tip mənfi
fikirləri aradan qaldırmaq üçün ölkəmizdə sosial dövlətin əsas yanaşması olan inklüziv cəmiyyətin
yaradılması vacib amillərdən biridir. Əgər əlilliyi olmayan insanlarla əlilliyi olan şəxslər birgə təhsil
müəssisələrdə təhsil alsalar, idman zalında bir məşq etsələr, eyni mühitdə zaman keçirəcəkləri an
daha çox sosiallaşsalar, o zaman artıq mənfi düşüncələr getdikcə yox olacaq.
Tarixə
nəzər salsaq, dünya ölkələrində də vəziyət fərqli deyildi. Əlilliyi olan insanlarına
münasibət arzuolunmaz idi. Sui – istifadə, ayrıseçkilik hallarının çox, mərhəmətin az olduğu uzun
bir tarix var. İlkin və köçəri tayfalarda sağ qalmaq hər şeydən vacib idi. Əlillik haqda anlayışın az
və onlara olan qulluqdan bixəbər olduqları üçün özlərindən uzaqlaşdırırdılar.
Dostları ilə paylaş: