Əlilliyin yaranma səbəbləri Əlilliyin bir sıra yaranma səbəbləri var. Bunları nəzərdən keçirək:
1.Yoxsulluq və aclıq;
2.Müharibə;
3.Xəstəlik və İrsi əlillik;
4.Qəza;
5.Səhiyyə xidmətinə zəif çıxış;
6.Dərmanlar və iynələr [7, s.10-15].
Yoxsulluq və aclıq. Əsasən Üçüncü Dünya ölkələrində müşahidə olunur. Ölkənin sosial –
iqtisadi vəziyyəti onun xalqına da təsir edir. Yoxsulluq əlilliyin ən böyük səbəblərindəndir. Kasıb
insanlar əlilliyin qazanılmasına çox həssasdırlar, çünki onlar pis sanitariyada, təmiz suya, kifayət
qədər qidaya, təhsilə çıxışın olmadığı bir təhlükəli mühitdə yaşamağa və işləməyə məcburdurlar.
Kasıb ailələrdə doğulan bir çox körpələr əlilliyin növü ilə doğula və hətta doğum zamanı həyatlarını
itirə bilərlər. Buna ananın hamiləlik dövründə kifayət qədər qidaya əlçatımlılığının olmaması səbəb
ola bilər.
Müharibə. Bugünkü müharibələrdə əsgərlərlə yanaşı mülki vətəndaşlar da yaralanır və ya həlak
olur, hətta vətəndaşların arasında uşaq, qadın və yaşlılarda xəsarət alır. Partlayışlar insanların
eşitmə, görmə və ya yuxarı(aşağı) ətrafların itirilməsinə səbəb olur. Münaqişələr zamanı sağlamlıq
mərkəzlərinin, evlərin, təhsil ocaqlarının dağıdılması əlilliyin, yoxsulluğun və xəstəliklərin
artmasına səbəb olur.
Xəstəlik. Xəstəliklərin əlilliyə çevrilməsində iki amil var: irsi və sonradan yaranan. Əzələ və
sinir xəstəlikləri kimi bəzi əlilliklərin irsi olduğu hesab edilir. Ancaq 40 yaşından sonra doğulan və
ya ananın yaşının az olması körpələrdə daun sindromu olma ehtimalı yüksək olur. Yıxılaraq xəsarət
almaq, autizm sindromu və s. sonradan qazanılan əlilliklərdir. Psixi sağlamlıq problemləri, əsasən,
əqli əlilliyə aid edilir. 50% - dən çox hallarda əqli əlillik uşaqlıq dövründə ciddi xəstəlik və ya kəllə
- beyin travması, anadangəlmə qüsurlar nəticəsində yaranır. Əqli əlillik daha çox doğuş zamanı və
ya həyatın çox erkən yaşlarında, psixi xəstəliklər isə əsasən qocalıq dövründə müşahidə edilir.
Qəza. Əlillik yalnız anadangəlmə deyil, sonradan qazanılan xəsarətlər nəticəsində də yarana
bilər. Maşın qəzası, ağacdan düşmə, qaz partlayışı, çətin iş şəraiti və s. misal göstərə bilərik və
təəssüf ki, bu cür fəlakətlər zamanı əlilliyin qarşısını almaq çətindir [2].
Səhiyyə xidmətinə zəif çıxış. Vaxtında görülən tədbir bir çox əlilliyin qarşısını ala bilər.
Məsələn, çətin doğuş körpənin serebral iflic kimi əlil doğulmasına səbəb ola bilər. Riskləri
müəyyən edə bilən və fövqəladə halların öhdəsindən gələ bilən xüsusi təlim keçmiş tibb işçiləri bir
çox körpənin həyatını xilas edə bilər. Əksər ucqar ərazilərdə yaşayan və ya yoxsul olan ailələr
səhiyyə xidmətinə çıxışı zəif olduğu üçün evdə müalicə üsulundan istifadə edirlər və evdə edilən
kiçik səhv müalicə nəticəsində müxtəlif dərəcəli əlilliklər yarana bilər.
Dərmanlar və iynələr. Əlilliyin yaranmasında sırada yer alınması əslində o qədər də təəccüblü
deyil. Çünki şpris vasitəsi ilə nə qədər insanlar çox ciddi xəstəliklərə tutulurlar və bura HİV/QİÇS,
hepatit, müxtəlif dəri xəstəliklərini misal çəkmək olar. Natəmiz iynələr iflic və ya onurğa beyninin
zədələnməsinə, hətta ölümə səbəb ola bilər. Dozadan artıq, problemin həllinə təsir göstərməyən
dərmanları qəbul etmək də əlilliyin yaranmasında zəmin rol oynayır.