~ 8 ~
UOT 364.044.43
DAUN SĠNDROMLU ġƏXSLƏRLƏ APARILAN SOSĠAL ĠġĠN ƏSAS XÜSUSĠYYƏTLƏRĠ
AyĢən Məmmədova
*
Məqalə redaksiyaya daxil olmuşdur: 4
iyun 2022; çapa qəbul edilmişdir: 10 iyun 2022;
online-da çap edilmişdir: 30 oktyabr 2022
Received:
11th of June, 2022; accepted: 10th of June, 2022; published online: 30th of
October, 2022
Xülasə
Hər bir yaş dövrünün özünəməxsus problemləri var və onlar uşaqlardan da yan keçmir.
Təəssüf bu problemlər arasında cəmiyyəti ən çox təhdid edən və daim
təşviş içərisində saxlayan
sağlamlıqla bağlı olanlardır. Bildiyimiz kimi elm və texnologiyanın surətli inkişafı tibb sahəsinə də
öz müsbət təsirini göstərmiş və yeni nailiyyətlər əldə olunmuşdur. Lakin təəssüflə qeyd edirik ki,
müasir səhiyyə sistemi hələ də bəzi xəstəliklər qarşısında acizdir və onların
tamamilə aradan
qaldırılması mümkün deyildir. Daun sindromu da bu qrupa daxildir. Sindromun yaranması
səbəbləri, insanlar üzərindəki təsirləri, müalicə mexanizmləri daim dünya ictimaiyyətinin diqqətini
cəlb edən əsas məsələlərdən biri olmuşdur. Daun sindromunun hər bir fərd üzərində təsirləri
müxtəlif olduğuna görə tibb mütəxəssisləri bu mövzuda daim araşdırmalar aparmış
və müalicə
prosesinin müxtəlif sosial, bioloji və psixoloji məqamlarını aşkara çıxarmışlar. Onu da qeyd etmək
lazımdır ki, sindrom fiziki-bioloji problemlərlə yanaşı sosial-psixoloji çətinlikləri də bərabərində
gətirdiyi üçün dünyanın əksər sivil dövlətlərində daun sindromlu şəxslər və onların yaxınları sosial
xidmət sahəsinin əsas obyektləri kimi qiymətləndirilir. Daun sindromlu şəxslərin sosiallaşması və
cəmiyyətə inteqrasiya olunması böyük əhəmiyyət daşımaqla yanaşı
sosial xidmət sahəsi və bu
sahədə çalışan mütəxəssislərin labüdlüyünü şərtləndirir. Bu kateqoriyaya daxil olan fərdlərin
sosiallaşması bilavasitə sosial iş müstəvisində sosial işçilər tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: