R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları
3.15. Əgər NS-dənəzərdətutulubsa, austenit poladdan hazırlanmış boltlara perlit sinfinəaid
poladdan hazırlanan qaykaların bağlanılmasına yol verilir.
3.16. Bərkidici detalların soyuq deformasiya üsulu ilə hazırlandığı halda onlar termiki emal olunlmalıdır.
3.17. Polad tökmələr termiki emal edilmiş vəziyyətdətətbiq edilməlidir. Tökmələrin mexaniki xassələrinin yoxlanılması termiki emaldan sonra yerinə yetirilmялidir.
3.18. Tutumların hazırlanması üçün tətbiq edilən qeyri-metal materiallar işçi temperatur
diapazonunda korroziyaya davamlılıq və həllolmamaq (xassələrin dəyişməsi) cəhətdən işçi
mühitə uyğun olmalıdır.
Tutumun işləmək üçün təyin olunduğu mühit onun pasportunda göstərilməlidir. Qeyri-
metal materialların tətbiqinə ixtissaslaşdırılmış təşkilatın rəyi əsasən SİTGDMND Agentliyin
razılığı ilə icazə verilir.
3.19. Metal-plastik tutumların hermetikləşdirici təbəqəsinin (leyner) materialı elə seçilir ki,
tutum təzyiq ilə sınaqdan keçirilən zaman materialda plastik deformasiyalar yaranmasın.
Tutumun gərgin-deformasiya vəziyyətinin hesablama və qalıq deformasiyaların eksperimental
müəyyən olunması metodikalar ixtissaslaşdırılmış təşkilatla razılaşdırılmalır.
3.20. Tutumların hazırlanması üçün tətbiq edilən doldurucu və bağlayıcımateriallar, bu materiallara aid sertifikatda göstərilən zəmanətli istismar müddətinə malik olmalıdır.
3.21. Yüksək bərkliyə malik çuqundan hazırlanan tökmələr termiki emaldan sonra tətbiq edilməlidir.
3.22. Diyirlətmə üsulu ilə hazırlanmış yivin termiki emalolunma zərurəti NS-lə müəyyənləşdirilir.