Bütün bu qorxuları
“mərhəmət səsi”
adlandırmaq olar. Bu səs həmişə bizdə
yaşayır və bizim hər bir davranışımızı qəddarlıqla mühakimə edir. Əksər
dinləyicilər heç də natiqin özünü mühakimə etdiyi kimi onu mühakimə etmirlər.
Çox vaxt dinləyicilər neytral qalırlar. Əgər natiq öz nitqinə düzgün başlayırsa,
dinləyicilərin dəstəyini qazanır və onlar onun sonrakı mümkün olan səhvlərinə
hörmətlə yanaşırlar.
Beləliklə, birinci olaraq natiq auditoriya ilə olan münasibətinə nəzarət etməlidir.
Sistem
Hər şey sizin auditoriya ilə münasibətinizdən başlanır. Aşağıdakıları yaxşı yadda
saxlamaq lazımdır:
- dinləyicilər mənim tərəfimdədir, onları həmfikir olmayanlar hesab etmək
olmaz;
- auditoriyaya mənim dediklərimə qulaq asmaq lazımdır;
- dinləyicilər mənə maraqlıdır və xoşdur;
- mən sevinirəm ki, belə maraqlı material hazırlamışam;
- mən əla hazırlaşmışam və çox gözəl formadayam;
- mən özümü sevirəm və görünüşümdən çox razıyam;
- mən başa düşürəm ki, maraqlı iş edirəm;
- qarşıdakı təqdimat məni sevindirir və məni maraqlandırır;
- mən çox yaxşı çıxış etmək istəyindəyəm. Dinləyicilər məni sevəcək!
Əgər natiq çıxışdan qabaq özünə qeyd olunanları inandıra bilsə, dinləyicilər həmişə
onun tərəfində olacaq. Əgər qeyd olunanlardan hansısa buraxılıbsa və ya axıra
qədər hiss olunmayıbsa, çıxış hələ başlamamışdan uğursuzluğa düçar olub.
Bununla yanaşı natiqə əvvəlki uğurlu çıxışlarını xatırlaması da faydalıdır. Başlıca
məsələ yaddaşda sevinc, qürur və inam hisslərini yaddaşda oyatmaqdır.
Dostları ilə paylaş: