Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Latın qrafikalı Azərbaycan əlifbası



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə2/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   2   3   4   5   6   7   8   9   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Latın qrafikalı Azərbaycan əlifbası
- Azərbaycan Respublikasının dövlət 
dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasını bir modifikasiyasıdır, 
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan 
əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan 
dilində yazı latın qrafikası ilə aparılır. 
Əlyazmalar İnstitutunda Mirzə Fətəli Axundovun (1812-1878) çap olunmuş və çap 
olunmamış əlyazmalarının arxivi var. Axundov teatr və dram əsərləri yazmasına 
baxmayaraq onun əlifba düzəlişinə böyük təsiri olmuşdur. 
Axundov Tbilisidə tərcüməçi kimi fəaliyyət göstərmiş və əlifba düzəlişi 
işinə 1850-ci ildən başlamışdır. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi 
üzərində cəmlənmişdir ki, bu, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun 
olacaqdı. 
XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da 
ərəb yazısını tənqid etdi. N.Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda 
görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan 
fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir. 
Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. 
Əvvəllər hər iki əlifba istifadə olunurdu. 1929-cu il yanvarın 1-dən Sovet hökuməti 
ərəb əlifbasının istifadəsinə qadağa qoydu. İri kitab yandırma kampaniyası da bu 
yazını yaddan çıxartmaq məqsədi güdürdü. 


Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5-il sonra Türkiyə də bu əlifbaya 
keçdi. Lakin 10 il sonra Stalin türklərin bu addımına qarşı kiril əlifbasını Sovet 
İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi. 
1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı 
təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin 
zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust 
1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış 
və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri 
təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 
1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin