maraqlı çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla
nitqini orijinal qurur.
NİTQİN MƏNTİQLİYİ.
Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm,
fikir məntiqə əsaslandığı üçün məntiqi nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə
və mühakimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ
keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəkkürünün məhsulu kimi
meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı 119 nümunələrində - əfsanə, nağıl,
qaravəlli və təmsillərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası
bilərəkdən şişirdilir, ya da kiçildilir. Məs: Yeddi gün, yeddi gecə yol getdi;
Koroğlu yeddi qazan plovu yedi; Qırx gün, qırx gecə yatdı; Dərələrdən sel kimi,
təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü; Uçan xalçaya mindi; Sehirli
papağı geyib görünməz oldu; Yeddi başlı əjdahanın canını aldı; Zümrüd quşunun
qanadına minib qaranlıq dünyadan çıxdı və s. Məntiqilik nitqin ən mühüm
keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə
çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.
Dostları ilə paylaş: