Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   6   7   8   9   10   11   12   13   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

NİTQİN
AHƏNGDARLIĞI
. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, 
gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə materialın alçaq tondan başlayaraq uca 
tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri 
özünə cəlb etmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə 
eyni köklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar 
və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur. 
NİTQİN
ZƏNGİNLİYİ.
Zəngin söz ehtiyatına malik natiq yalnız dilin 
incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngarəng qura bilir. Nitqin 
zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu deyil, 
rəngarəngliyidir. Natiq öz fikirlərini daha münasib sözlərdən – sinonimlərdən, 
antonimlərdən, frazeoloji birləşmələrdən, ibarələrdən, məcazların müxtəlif 
növlərindən istifadə hesabına nitqini maraqlı qurur, onların asan dərk edilməsi ilə 
dinləyicilərə xoş təsir bağışlayır. Deməli, nitqin zənginliyi dilin ifadə və təsvir 
vasitələri hesabına başa gəlir. Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv 
söz ehtiyatının kəmiyyət və keyfiyyətindən asılı olan məsələdir. Nitqin zənginliyi 
bütün üslublar üçün vacib olsa da, bədii üslubda o daha yüksək, elmi və publisistik 
üslublarda nisbətən aşağıdır. Səbəbi də onunla izah edilir ki, bədii əsərlərdə 
yazıçının dilin bütün laylarında işlənən sözlərdən istifadə etmək hüququ var, 120 
amma elmi və publisistik üslublarda mövzu ilə əlaqədar sahə sözləri və terminlər 
çoxluq təşkil edir. Bədii əsərdə yazıçının söz ehtiyatı zəngin olduğu üçün o, 
hadisələri dəqiq, incə, ifadəli, obrazlı və orijinal üsulda ifadə imkanına malikdir. O, 
sözlərin leksik-semantik zənginliyindən tutmuş intonasiya və ritm incəliklərinə 


qədər bütün dil vasitələrinə müraciət etməkdə azaddır. Nitqin zənginliyinin əsas 
əlaməti onda işlənən sözlərin təkrar olunmadan kəmiyyətcə çoxluğudur. Geniş 
dünyagörüşünə, mükəmməl savada, daimi mütaliəyə malik şəxsin söz ehtiyatı 
kəmiyyət və keyfiyyətcə çox zəngin olur.
3Nitqin formaları: şifahi və yazılı nitq.
Nitq
— ən mühüm 
ünsiyyət vasitəsi
 
olan dilin şifahi və yazılı təzahür forması, 
informasiya ötürücü vasitə. 
Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq 
məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya 
mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin 
bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də 
xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq 
bir sıra parametrlərilə səciyyələnir. 
Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə 
əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. 
Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu 
nitq formaları arasında fərq vardır. Obrazlılıq nitqin bütün təzahür növlərində 
özünü göztərir. Bədii nitq isə yalnız bədii ədəbiyyata xas xüsusiyyətdir. Nitqin 
bədiiliyi estetik kateqoriyadır. Nitqin bədiiliyini təyin etmək üçün vahid meyar 
yoxdur. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin