istifadə qaydalarını, elmin əsasında öyrənilən sahəsi nəzərdə tutulur. Eyni zamanda
həmin anlayışdan bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də
istifadə edilir.
Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu,
fonetik sistemi ilə
təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu
ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir.
Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək
imka-nının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün
şəkildə istifadə etməsi.
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də
orfoqrafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq
mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar
müəyyən
tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət
edir.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf
etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi,
səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə
şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər
şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq
mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu,
daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə
dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır.
Bu mədəniyyəti inkişaf
etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq
ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə
bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir:
1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi;
2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan
məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini
seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın
vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq
mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və
imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək
bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin
formalaşdırılması, təkmilləşdirilməsi problemlərini,
dil hadisə və proseslərinin
inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif
nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə
şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların nitqi ilə bağlı
aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq düzgündürsə qadın
şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin
bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç dünyasını aşkarlayan
başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün,
hər şeydən əvvəl,
ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat
həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs
öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum
olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət
yetirilmiş, qiymət verilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə
söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”.
Maraqlı və canlı danışıq
aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox
bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir
elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan
adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər”
fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur,
natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa
yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda
yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun
fo-netik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını
nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna
çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz
fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlarmədəni nitqin
keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmintələblər bunlardır:
aydınlıq,
düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,təmizlik, münasiblik,
ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyətiprobleminə həmçinin
orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir.Bunlar hər biri ayrılıqda
və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bunitqə yiyələnənlər natiqlik
sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdəböyük uğurlar qazanırlar.
Dostları ilə paylaş: