Əlbəttə! Qədim Roma filosofu Siseron “insanın ruhunun ehtiraslarını və
duyğularını bədən hərəkətləri ilə ifadə etdiyini“ söyləyərək bu mövzunun
tədqiqatına başlamışdı. O, ilk dəfə olaraq sağlam və mükəmməl bir ünsiyyət
qurmaq üçün bədən dilinin və sözlərin birlikdə, paralel istifadəsinin lazım
olduğunu görmüşdü. Bədən dilimizlə duyğu və düşüncələrimizi ifadə etməyə
imkan tapırıq. Məsələn, yaxamıza taxdığımız nişanla peşəmizi, başımızı yelləyərək
bir fikiri təsdiqlədiyimizi, dostumuzun əlini tutaraq onu sevdiyimizi ifadə edə
bilərik. Digər tərəfdən bədən dili ilə şifahi ünsiyyəti dəstəkləyib onu qüvvətləndirə
bilərik.
Kimsə “mən bu adama inandım” deyirsə, deməli, bu qənaəti bədən dili meydana
gətirmişdir. Ünsiyyət qurduğumuz adamlarla əlaqədar düşüncələrimizin meydana
gəlməsində bədən dilinin rolu böyükdür. İlk dəfə qarşılaşdığımız və daha əvvəl heç
vaxt danışmadığımız bir adam üçün, ya duruşundan xoşlanmadığımızı, ya baxışını
heç sevmədimizi, ya da bir görüşdə ona qanımızın qaynadığını deyə bilərik. “İlk
baxışdan vuruldum”, “mən onu görən kimi işə yaramaz olduğunu anlamışdım” və
sair ifadələrlə insanlara qiymət verilməsi hər kəsə məlumdur. Bütün bunlar, o
adamla sonrakı ünsiyyətin təməlini qoyan faktorlardır.
İfadə baxımından hansı daha güclüdür? Bədən dilimi, şifahi nitqmi? Bir söz tapıb
bu suala cavab verəcəm… Mikelancelonun belə bir kəlamı vardır:
Dostları ilə paylaş: