Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan


-cü mövzu: Uşaq əleyhqazından istifadə qaydası



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   98
Müh 2016

4-cü mövzu: Uşaq əleyhqazından istifadə qaydası. 
Bu məşğələ zamanı əleyhqazın əhəmiyyətli izah edilir və əsas hissələri 
göstərilir,əleyhqazı seçmək ,geymək və kipliyini yoxlamaq üsulları öyrədilir,onun 
“yürüş” hazır və döyüş vəziyyətlərinə qaydaları göstərilir.Bu mövzunun 
öyrədilməsi zamanı əleyhqazların nümunələrini ,onlara aid plakat ,sxem,diafilim 
və digər əyani vəsaiti əvvəlcədən seçib hazırlamaq ,məşğələdə onlardan səmərəli 
istifadə etmək tələb olunur. 
Öyrədilən materialı aşağıdakı ardıcıllıqla izah etmək məsləhətdir. 
Əleyhqaz –tənəffüz üzvülərini ,üzü və gözləri təhlükəli(zəhərləyici radiyaktiv) 
maddələrdən qorumaq üçündür.Əleyhqazlardan dinc dövrdə gübrələr ,cürbəcür 


turşular və s. zəhərli kimyəvi maddələr işlədilən yerlərdə işləyən adamlar geniş 
istifadə edirlər.Güclü tüstü bürümüş binalarda işləyən yanğın söndürənlərdə 
əleyhqaz taxırlar. Kimyəvi maddələr olan zavodlarda qəza baş verdikdə isə onun 
yaxınlığında yaşayan adamların da əleyhqaz geyməsi lazım gələ bilər.Buna görədə 
hər bir adam əleyhqazdan istifadə etməyi bacarmalıdır.Hazırda uşaqlar üçün 
əleyhqazın 5 tipi vardır:kiçik yaşlı (1,5 yaşdanyuxarı) uşaqlar üçün DP-6m tipli 
(uşaq əleyhqazı,6-cı kiçik növü); məktəb yaşlı uşaqlar üçün PDF-7 tipli(süzücü 
uşaq əleyhqazı 7-ci növü).Uşaq əleyhqazlarının ən yeni növləri-PDF-Ş və PDF-2Ş 
(məktəblilər üçün süzücü əleyhqazlar) tipləridir.Hər cür süzücü uşaq əleyhqazlarını 
əsas hissələri süzücü-uducu qutudan və üzlük hissədən(maskadan və şlem 
maskadan) ibarətdir.Əleyhqazların həmçinin çantası və gözlük şüşələrini 
tərləməkdən qorumaq üçün işlədilən xüsuzi karandaş və plyonkalar qutusu olur. 
Əleyhqazın süzücü-uducu qutusu nəfəsalma zamanı havanı nər cür zəhərli 
tozlardan və zəhərli qazlardan süzüb təmizləmək ücündür.Onun içərisində xüsusi 
süzgəc və kimyəvi təmizləyici maddə var. 
Əleyhqazın üzlük hissəsi təmizlənmiş havanı tənəffüs üzvülərinə ötürmək,üzü və 
gözləri mühafizə etmək üçündür.Üzluk hissə ya maska şəkilində(DP-6,PDF-7 
əleyhqazları) ya da şlemmaska şəklində (PDF-Ş,PDF-2Ş 
əleyhqazları)olur.Maskada şüşə gözlüklər və klapanlar qutusu yerləşdirilib.PDF-Ş 
əleyhqazının qutusu birbaşa şlem-maskaya birləşir,digər əleyhqazlarda isə bunlar 
,birləşdirici boru vastəsilə birləşdirilir.Çanta əleyhqazı saxlamaq üçündür.Onun 
üzlük hissəsi və qutunu yerləşdirmək üçün 2 gözü ,çiyin və bel qaytanları var. 
Əleyhqazı istifadəyə hazırlayərkən əvvəlcə maskanın lazımi ölçüsünü 
seçirlər,maskanın ölçüsü onun çənəaltı hissəsində rəqəmlə göstərilmişdir. 
Uşaq əleyhqazları beş ölşüdə buraxılır,1 və2 ölçülər-məktəbə qədər yaşlı,3,4 və5 
ölçülər isə məktəbli uşaqlar üçündür.Əleyhqazın kipliyini yoxlamaq üçün maskanı 
başa taxır,çantadan süzücü-uducu qutunu çıxarıb onun dibindəki deşiyi tıxacla,ya 
da əlin ovucu ilə örtür və nəfəs alırlar.Bu zaman maskanın altına hava 
keçməməlidir,yəni nəfəs almaq mumkun olmamalıdır.Əgər hava keçərsə qaytanları 
qısaltmaq ,ya da digər ölçülü üzlük hissə götürmək lazımdır.Əleyhqazın gözlük 
hissələri tərləməsin deyə içəri tərəfdən onların səthinə karandaş vasitəsilə şəbəkə 
şəklində 5-6 yüngül xətt çəkir ,sonra bu xətləri şüşə şəffaflağına qədər barmaqla 
sürtürlər.PDF-Ş(2Ş) əleyhqazlarında bu məqsədlə tərləməyən plyonkalardan 
istifadə olunur.Bundan sonra müəllim əleyhqazın gəzdirilməsi qaydalarını izah edir 
və qeyd edirki, əleyhqaz 3 vəziyyətdə gəzdirilir
1.”yürüş” vəziyyətində-bilavasitə zəhərlənmə təhlükəsi olmayan hallarda.Bu 
zaman əleyhqaz,çiyin qaytanı sağ çiyindən keçməklə sol böyurdə,çantanın yuxarı 
kənarı bel qayışı səviyyəsində olmaqla daşınır. 
2.”hazır vəziyyətdə”-bilavasitə zəhərlənmə təhlükəsi yarandıqda .Belə halda 
əleyhqazın çantasını bir qədər irəli çəkir,çantasının qapağını açır,bel qaytanı 
vasitəsilə çantanı belə bağlayırlar ki,əleyhqaz o tərəf-bu tərəfə sürüşməsin. 
3.”döyüş vəziyyətində”-ətrafda zəhərlənmə aşkar olunduqda yaxud “əleyhqazı 
gey”!,”qaz!”,”kimya həyəcanı” komandaları və siqnalı verildikdə.Belə halda 
əleyhqazı geyirlər.Əleyhqazın maskasını bu ardıcıllıqla geymək lazımdı:nəfəsi 
saxlamaq,gözləri yummaq,baş geyimini cıxarıb dizləri arasında saxlamaq,çantadan 


maskanı çıxarıb 2 əllə onun gicgah və peysər qaytanlarından elə tutmaq lazımdır 
ki,baş barmaqlar maskanı içərisinə doğru yönəlmiş olsun; maskanı aşağı kənarını 
çənəyə keçirib,maskanı üzə geymək,peysər qaytanlarını qulaqların arxasına elə 
geymək lazımdır ki,gözlük gözlərin qarşısına düşsün,peysər qaytanlarını çəkib 
maskanı üzə kipləşdirmək;sonra dərindən nəfəs verib tənəffüsü bərpa 
etmək,gözləri açmaq və baş örtüyünü geymək. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin