154
◘Həm qiyamətin təkzibi günah üçün müqəddimə olur
1
, həm günah insanı küfr və
təkzibə sürükləyir.
2
Bu səbəbdən də qiyamətin təkzibi həm günahkarların ötən ayədə
sadalanmış əməllərinin səbəbi, həm də günahların nəticəsi ola bilər.
◘Ayədə “yəqin” deyilərkən ölüm nəzərdə tutulmuşdur. Olsun ki, ölüm ən labüd
işdir, kimsə ona şəkk etmir. Həm də ölüm vaxtı bütün həqiqətlər aşkarlanır, insan əminlik
dərəcəsinə çatır.
◘Ardıcıl və yerində qılınmayan namaz insanın namazqılanlardan sayılması üçün bəs
etmir. “Biz namazqılanlardan deyildik” deyilərkən namazların davamlı olmaması nəzərdə
tutulur. “Maun” surəsinin 5, 6-cı ayələrində də namaza yüngül yanaşılmasına işarə
olunur. Bu qəbil namazlar insanı şəfaətdən məhrum edir.
3
İmam Sadiq (ə) şəhadət
astanasında yaxınlarını çağırıb onlara namaza ciddi yanaşmalarını tapşırır və bildirir ki,
namaza yüngül yanaşanlar şəfaətdən bəhrələnməyəcəklər.
4
◘İnsanlar ya “faiz”, ya da “haizdir”. Yəni onlar ya yüksəlib qurtuluşa çatır, ya da
tənəzzül edib süquta uğrayır.
◘Qurtubi sünnə əhlinin tanınmış təfsirçilərindəndir. O imam Baqirdən (ə) belə nəql
edir: “Biz və bizim şiələrimiz yəmin əshabıyıq. Kimin qəlbində biz Əhli-beytə (ə) kin-
küdurət, düşmənçilik olsa, həmin şəxs girovdadır.”
5
Dostları ilə paylaş: