161
ِإ﴿﴾ِهِب َلَجْعَتِل َكَناَسِل ِهِب ْك ِ رَحُت َلً﴿
ْعِب تاَف ُهاَنْأَرَق اَذِإَف﴿﴾ُهَنآ ْرُق َو ُهَعْمَج اَنْیَلَع ن
ْرُق
اَء
﴾ُهَناَیَب اَنْیَلَع نِإ مُث﴿﴾ُهَن
“(Ey Peyğəmbər! Vəhy nazil olanda) Onun tilavətinə tələsib dilini hərəkətə
gətirmə; həqiqətən, onu toplamaq və oxutmaq bizim öhdəmizədir; elə ki onu
oxuduq qiraətini izlə; sonra onun bəyanı bizim öhdəmizədir.”
Nöqtələr
◘”Taha” surəsinin 114-cü ayəsində hazırkı ayənin oxşarı ilə rastlaşırıq. Həmin ayədə
buyurulur ki, vəhy başa çatmamış onun tilavətinə tələsəmə.
Qurani-kərim qədr gecəsində Peyğəmbərə (s) bir dəfəyə nazil oldu. Sonra 23 il
müddətində müxtəlif münasibətlərlə tədricən göndərildi. “La tuhərrik bihi lissanəkə”
ayəsindən aydın olur ki, həzrət Peyğəmbər Quran ayələrini öncədən bilirmiş. Buna görə
də ona ayələri tələsik tilavət etməmək əmr olunur.
◘Quran ayələrinin bir hissəsində vəhyin necə nazil olduğu və onun insanlara tilavəti
mövzusu açıqlanır. Bu ayələrdə də Allah-taala öz Peyğəmbərinə (s) buyurur ki, ayə nazil
olanda başa çatmamış onu oxuma; Allah kəlamında tələsmə, nigaran olma ki, onları
unudarsan; çünki onları hifz etdirmək bizim öhdəmizədir; gözlə vəhy tamamlansın, qiraət
et.
Bildirişlər
1. Dinləməyin də öz qaydaları var. Hətta danışanın sözlərini təkrarlamaq yaxşı
sayılmır.
2. Quran istənilən bir təhrif və dəyişiklikdən hifz olunmuşdur.
3. Quranın söz və ifadələri Allah tərəfindəndir.
4. Vəhyi peyğəmbərə aydınlaşdırmaq Allahın öhdəsinədir.
Ayə 20, 21, 22, 23, 24, 25:
Dostları ilə paylaş: