Bildirişlər 1. Allah-taala qiyaməti labüd bir hadisə sayır və bu səbəbdən də ona and içir.
2. İnsani xüsusiyyətlərdən biri vicdani əxlaq, yaxşılıq və pislikləri fitrətən
tanımaqdır. Pis işlərə görə özünü və başqalarını məzəmmət etməsi insan üçün
səciyyəvidir.
3. Əmmarə, mütməinnə və ləvvamə nəfslər arasında qiyamət gününün danlaqlarını
və peşimançılıqlarını yada salan ləvvamə nəfsdir.
4. Məada etiqad insanı günahdan çəkindirir. Bu səbəbdən də günah yol tutanlar öncə
məadı sual altına alır.
5. Məadı inkar edənlər yalnız zənn-gümana əsaslanırlar və onların heç bir dəlili
yoxdur.
6. Çürümüş bədən üzvləri, sümüklər qiyamət günü bir yerə toplanasıdır.
7. Məad cismanidir, qiyamət günü insan öz sümüklərindən yığılar.
8. Batil düşüncələri nəzərə çatdırıb rədd etmək caiz işdir.
9. Allah dünyada da, axirətdə də nizam əsasında yaradır.
5
10. Qiyamətdəki insan elə dünyadakı insandır.
11. Allah insana seçim qüdrəti, azadlıq və iradə əta etmişdir. İnsanın öz ağıl və
fitrətinin ziddinə addım atması mümkündür.
12. Bir çoxlarının qiyaməti inkar etməsinin səbəbi nadanlıq deyil. Onların bu
hərəkəti psixoloji baxımdan izah oluna bilər. Belə ki, bəziləri qiyaməti inkar etməklə
özlərinə günah yolu açırlar.
Ayə 7, 8, 9, 10, 11, 12, 13, 14, 15: 1
“Yasin”, 78
2
“Muminun”, 37
3
“İsra”, 99
4
“Əhqaf”, 33
5
“Əla”, 2