162
◘Ayədə insanların öz Rəbbinə doğru baxdığı buyurulsa da, “Ənam” surəsinin 103-
cü ayəsinə əsasən Allahı fiziki gözlə görmək mümkün deyil və qiyamətdə Onun lütfləri
müşahidə olunur.
◘”Basirə” dedikdə çöhrənin tutulması mənası anlaşılır.
◘”Faqirə” sözü “fəqar” sözündən olub fəqərə sütunları mənasını bildirir. Fəqir sözü
də həmin kökdəndir. Yoxsul insanın sanki fəqərə sütunları qırılmışdır. “Faqirə” dedidkə
belqırıcı, sarsıdıcı mənası anlaşılır.
Bildirişlər
1. Sorğu-sualın psixoloji kökləri var. Qiyamətin sual altına alınması dünyaya
bağlılıqdan qaynaqlanır.
2. Dünyaya bağlılıq həddi aşdıqda, qiyaməti unutdurduqda məzəmmət olunur.
2
3. Dünyaya bağlılıq məadın inkarı üçün zəmindir.
4. Dünya ötəridir. Dünya sona tələsirmiş kimi sürətlə ötür.
5. İki eşq bir qəlbə sığmaz.
6. İnsan tələskən yaradılıb.
3
Özümüzü düşüncə və vəhylə cilovlamasaq yalnız
dünyaya doğru tələsəsiyik.
7. Tərbiyə üsullarından biri mükafat və cazanı müqayisə etməkdir.
8. Psixoloji mövzular insanın çöhrəsində iz buraxır. Çöhrənin rəngi insanın içindən
danışır.
9. Dünyada yalnız Allaha ibadət edənlər
4
, yalnız Ona sığınanlar
5
, yalnız Ona
əyilənlər və Ondan başqasından qorxmayanlar
6
qiyamət günü yalnız Onu seyr edirlər.
10. Dünyaya bağlılıq, axirətin unudulması qiyamətdə qəm-qüssəyə, şöhrələrin
tutqunluğuna səbəb olur.
Dostları ilə paylaş: