Nur təFSİRİ


Ayə 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə165/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   161   162   163   164   165   166   167   168   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35: 
 َتْلا َو﴿﴾ُقا َرِفْلا ُه نَأ نَظ َو﴿﴾ٍقاَر ْنَم َلیِق َو﴿﴾َيِقاَر تلا ْتَغَلَب اَذِإ لاَك﴿
 ُقا سلا ِت ف
 َهَذ مُث﴿﴾ى ل َوَت َو َب ذَك نِكَل َو﴿﴾ى لَص َلً َو َق دَص َلاَف﴿﴾ُقاَسَمْلا ٍذِئَم ْوَی َكِ بَر ىَلِإ﴿﴾ِقا سلاِب
 ىَلِإ َب
﴾ىَل ْوَأََف َكَل ىَل ْوَأ مُث﴿﴾ىَل ْوَأََف َكَل ىَل ْوَأ﴿﴾ى طَمَتَی ِهِلْهَأ
 
“Belə deyil, can boğaza yığılacağı; “kim şəfaət verə bilər” soruşulacağı; ayrılıq 
anının çatdığının bilinəcəyi; ayaq ayağa yapışacağı gün Rəbbinə doğru aparılar; o 
nə haqqı təsdiqlədi, nə namaz qıldı; hətta təkzib edib üz döndərdi; sonra təkəbbürlə 
əhlinə doğru getdi; sənin üçün (ilahi əzab) daha yaxşıdır, daha yaxşı; daha yaxşıdır, 
daha yaxşı!” 
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Adiyat”, 8 
3
“Ənbiya”, 37 
4
“Ğafir”, 14 
5
“Mulk”, 29 
6
“Əhzab”, 39 


163 
 
Nöqtələr 
 
◘”Təraqi” dedikdə boğaz boyu düzülmüş sümüklər nəzərdə tutulur. 
◘Xəstənin şəfa tapmasına səbəb olan vird və zikrlər “Ruqyə” adlanır. “Raq” dedikdə 
xəstənin ölümdən qurtarmasına səbəb olan istənilən bir şey nəzərdə tutulur.
◘”Zənn” sözü bəzən elm mənasında işlənir. Uyğun söz 29-cu ayədə də həmin 
mənada işlədilmişdir. Ayədə buyurulur ki, insan can verdiyi vaxt ayrılığa əmin olur. 
◘Rəvayətdə bildirilir ki, ölüm zamanı var-dövlət, övladlar və əməllər insanın gözünə 
görünür. Var-dövlət “mən sənin əlindən çıxdım”, övladlar “biz səninlə qəbrə qədərik”, 
əməllər isə “həmişə səninləyəm” söyləyir.
1
◘İnsan bəzən rəhmət mələkləri vasitəsi ilə behiştə, bəzən də əzab mələkləri vasitəsi 
ilə cəhənnəmə aparılır. 
◘Hədisdə bildirilir ki, namazı düşüncəli şəkildə tərk edən insan kafirdir. Quran da 
namazdan uzaqlığı küfr nəticəsi sayır. 
◘Təfsirçilər bildirirlər ki, 31-ci ayədən başlayaraq Əbu Cəhlin təkəbbür və 
qürurundan danışılır. Belə bir təfsir doğru olarsa da, ümumi məzmuna xələl gəlmir.
◘”Yətəmətta” sözü “mətt” sözündən olduqda ayaqları uzatmaq, “məta” sözündən 
olduqda arxa çevirmək mənasını bildirir. Hər iki hərəkət təkəbbür nişanəsidir. 
◘Hazırkı ayələrdə azğınların canvermə səhnəsi təsvir olunur. İmam Sadiqin (ə) 
buyuruğuna əsasən möminlər üçün ölüm ən gözəl ətirləri qoxulamaq kimidir.
2
◘Hədisdə bildirilir ki, ölümü xatırlayan insanın şəhvəti sönükür, qəfləti aradan 
qalxır, diqqəti güclənir. Ölümün yada salınması qəlbi yumşaldır, hərisliyi aradanq aldırır, 
dünyanı insanın gözündə kiçildir. Həzrət Peyğmbər (s) bir saat düşüncəni uzun müddət 
ibadətdən xeyirli sayır.
3
◘Həzrət Əli (ə) insan ömrünün son anlarını, ölüm saatlarını belə təsvir edir: “Ölüm 
zamanı geriyə qaytarılması mümkün olmayan və ömür boyu göprünməmiş bir səhnə 
yaranır. Həmin vaxt əmin olduqları dünya ilə ayrılıq sorağlarına gəlir, həmişə nəzərlərinə 
çatdırılan axirətə üz tuturlar. Yaşadıqları həmin anlar vəsfəgəlməzdir. Canvermənin 
ağırlığı, dünyadan ayrılıq qəmi onlara hücum edir. Bədənlər süstləşir, rənglər dəyişir. 
Ölüm aram-aram onların vücudunu bürüyür. Dilləri işdən düşür, ailə arasında yıxılıb 
qalırlar. Gözləri, qulaqları və düşüncələri hələ ki işdədir. İnsan düşünür ki, ömrünü hansı 
yolda sərf edib? Ömür boyu topladığı var-dövləti xatırlayır. Bu malı yığarkən gözlərini 
yummuş, halal-harama baxmamış, şübhəli addımlar atmışdır. İndi onların günahı çiyninə 
yüklənib. Bu maldan ayrılmaq lazımdır. Onları varisləri üçün qoyub gedir. Bu malın 
ləzzəti başqalarına, ağrısı ona çatdı. Özünü onlara girov etdi. Peşimançılıqdan əlini 
dişləyir... Ruhu aram-aram qulaqlarından, sonra gözlərindən çıxır. Ruh bədənini tərk 
edir. Yaxınları arasında leş tək yıxılıb qalır. Hamı ondan qorxub çəkinir. Fəryadlara, 
nalələrə cavab vermir. 
Sonra onu qəbirə, mənzilinə doğru aparır, dəfn edirlər onu əməllərinə tapşırıb 
gedirlər.”
4
1
“Təfsiri-ətyəbul-bəyan” 
2
“Biharul-ənvar”, c. 6, s. 152 
3
“Təfsiri-nümunə”; “Biharul-ənvar”, c. 6, s. 133 
4
“Nəhcül-bəlağə”, xütbə 109 


164 
◘Bəzən insan şübhədə olduğundan qarşısına çıxan mövzunu nə qəbul, nə də rədd 
edir. Həzrət Salehə dedilər ki, biz sənin çağırışlarına şübhə içindəyik.
1
Bəzən isə insan 
inadkarlıq göstərib deyilənləri inkar edir. Hazırkı surənin 32 ayəsi deyilənlərə misal ola 
bilər. 
◘”Əvlaləkə” ifadəsi “vəylun ləkə” ifadəsi kimi məzəmmət xarakteri daşıyır. İmam 
Riza (ə) həmin ayəni belə təfsir edir: “Dünya xeyri sənin, axirət xeyrindən uzaq ol.”
2
◘Ayələrdə təkəbbür əhli üçün nəzərdə tutulmuş cəza qeyd olunmur. Belə ki, onlar 
istənilən bir bədbəxtliyə düçar ola bilər. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin