Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə185/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   181   182   183   184   185   186   187   188   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Behişt və cəhənnəmin fərqli kölgəlikləri var. 
2. İnsan çeşidlilik sorağındadır. Behiştdə çeşidli bağlar, bulaqlar, meyvələr, qidalar, 
arxlar var. 
3. Su və ağacın yanaşı şəkildə mövcudluğu kamil ləzzət göstəricisidir. 
4. Möminlərin dünyadakı məhrumiyyəti qiyamətdə ləzzətlə aradan qaldırılar. 
5. Məad cismanidir, onun nemətləri cismin ehtiyaclarına uyğundur. 
6. Meyvə ən üstün qidalardandır. Quranda behişt əhlinin meyvələrdən dadması bir 
neçə dəfə yada salınır. 
7. Nemətlərdən bəhrələnmək üçün əməl lazımdır. 
8. Behişt qidalarının hansısa zərəri və ya ağrısı yoxdur. 
9. Behişti bəhanəyə yox, bahasına verirlər. 
10. Müvəqqəti yox, daimi və davamlı əməl dəyərlidir. 
11. Təlaş və ehsan təqva şərtidir. 
12. İnsanların mükafatlandırılması və cəzalandırılması ilahi sünnə əsasında baş verir. 
13. Xəbərdarlıqların təkrarı ilahi lütf nişanəsidir. Olsun ki, bu yolla təkəbbür əhli 
ağıla gəlib öz təkzibindən əl çəkə. 
Ayə 46, 47, 48, 49, 50: 
اَذِإ َو﴿﴾َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿﴾َنوُم ِرْجُّم مُك نِإ الایِلَق اوُع تَمَت َو اوُلُك﴿
 
 ُعَك ْرا ُمُهَل َلیِق
َلً او
﴾ َنوُن ِمْؤُی ُهَدْعَب ٍثیِدَح ِ يَأَِبَف﴿﴾َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوَی ٌلْی َو﴿﴾َنوُعَك ْرَی
 
“Yeyin və azca bəhrələnin. Həqiqətən, siz günahkarsınız; həmin gün vay olsun 
təkzib edənlərə! Onlara rüku edin deyilsə, rüku edərlər; həmin gün vay olsun təkzib 
edənlərə; bundan (Qurandan) sonra hansı sözə iman gətirərlər?!” 
 
Nöqtələr 
 
◘Həkim xəstəyə istənilən bir qidadan yeməyə o zaman icazə verir ki, ya tamamilə 
sağalsın, ya da əlacsız xəstəliyə düçar olsun. Quranda “yeyin” əmri bəzən mərhəmət, 
bəzən isə qəzəb göstəricisidir. Bəzən Allah günahkarlara buyurur ki, nə istəyirsinizsə 
edin.
1
1
“Fussilət”, 40 


184 
◘Həzrət Peyğəmbər (s) səqif qəbiləsinə namaz qılmaq göstərişi verdi. Onlar dedilər: 
“Biz kimsənin qabağında əyilmərik.” Həzrət (s) buyurdu: “Rüku və səcdəsi olmayan 
dində fayda yoxdur.”
1
◘Məkkənin fəthindən sonra həzrət Peyğəmbər (s) Müaviyənin anası, Əbu Süfyanın 
arvadından soruşdu: “İslamı necə görürsən?” Həmin qadın dedi: “Üç şey olmasaydı İslam 
yaxşı idi: hicab, Bilalın azanı, rüku və səcdələr.” Peyğəmbər (s) buyurdu: “Amma hicab 
ən üstün örtükdür, rüku və səcdəsiz namaz namaz deyil, Bilal da ən üstün bəndədir!”
2
◘”Hədis” dedikdə yeni söz, əvəllər oxşarı görünməmiş kəlam nəzərdə tutulur. 
◘Həzrət İbrahim Kəbə binasını yeniləşdirdikdən sonra Allahdan istədi ki, yalnız 
iman əhlinə ruzi versin. Allah buyurdu: “Mən dünyada kafirlərə də ruzi verərəm. Amma 
qiyamət dünyadan ayrıdır.”
3
◘Rüku namazın rüknlərindən (əsaslarından), onun xüsusi əlamətlərindəndir. İnsan 
namazdan əlavə vaxtlarda da səcdə edə bilər. Məsələn, səcdə şükrü üçün səcdəyə gedə 
bilər. Amma rüku yalnız namazda həyata keçir. Bu səbəbdən də namazla bağlı “rəkət” 
sözü işlədilir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin