Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə182/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   178   179   180   181   182   183   184   185   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İnsanın dəyərsiz sudan yaranışı ilahi əzəmət və qüdrət göstəricisi, məad və 
yenidən dirçəlişə dəlildir. 
2. Keçmiş zəifliklərin və çarəsizliklərin yada salınması insanın təkəbbürünü aradan 
qaldırır. 
3. Dəvət və təbliğdə hiss olunan məsələləri açıqlayın. 
4. İş və istehsalda Allahdan öyrənək, möhkəmlik və davamlılıq şərtlərinə əməl edək. 
5. Ölçü və zaman bölgüsü ilahi yaranış prinsiplərindəndir. 
6. Körpə bətndə dəqiq ilahi ölçülər əsasında inkişaf edir. 
Ayə 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34: 
 ْیَقْسَأ َو ٍتاَخ ِماَش َيِسا َوَر اَهیِف اَنْلَعَج َو﴿﴾ااتا َوْمَأ َو ءاَیْحَأ﴿﴾ااتاَفِك َض ْرَ ْلْا ِلَعْجَن ْمَلَأ﴿
 مُكاَن
ا م
ىَلِإ اوُقِلَطنا﴿﴾َنوُبِ ذَكُت ِهِب مُتنُك اَم ىَلِإ اوُقِلَطنا﴿﴾َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْوی ٌلْی َو﴿﴾ااتاَرُف ء
 
 يِذ ٍ لِظ
 ٌتَلاَم ِج ُه نَأََك﴿﴾ ِرْصَقْلاَك ٍرَرَشِب يِم ْرَت اَه نِإ﴿﴾ِبَه للا َنِم يِنْغُی َلً َو ٍلیِلَظ َلً﴿﴾ٍبَعُش ِث َلاَث
 
 َی ٌلْی َو﴿﴾ٌرْفُص
﴾ َنیِبِ ذَكُمْلِ ل ٍذِئَم ْو
 
“Məgər yeri dirilər və ölülər ictima məhəlli qərar vermədik? Orada möhkəm və 
uca dağlar yaratdıq, sizə şirin su içirdik; həmin gün vay olsun təkzib edənlərə! 
(Günahkarlara deyilər) Gedin təkzib etdiklərinizə doğru; gedin üç şaxəli kölgəyə 
doğru; o nə soyuqdur, nə də od şölələrindən amandadır; həqiqətən, cəhənnəm qəsr 
boyda qığılcımlar saçar; onlar sarı tüklü dəvələr kimidir; həmin gün vay olsun 
təkzib edənlərə!” 
 
Nöqtələr 
1
“Muminun”, 14 
2
“Ənfal”, 40 
3
“Ali-İmran”, 173 
4
“Zariyat”, 48 
5
“Saffat”, 75 
6
“Ali-İmran”, 136 


181 
 
◘”Kifat” dedikdə bir şey qoyulmuş və ya nələrinsə toplandığı məhəl nəzərdə tutulur. 
Rəvayətdə bildirilir ki, imam Sadiq (ə) qəbristanlığa baxıb buyurdu: “Bura ölülərin 
kifatıdır.” Sonra evlərə baxaraq buyurdu: “Bunlar isə dirilərin kifatıdır.”
1
◘”Zilli zi səlasi şüəb” dedikdə cəhənnəm odunun böyük tüstüsündən yaranan kölgə 
nəzərdə tutulur. Təbii ki, belə bir kölgə rahatlıq yox, əzab-əziyyətə səbəb olur, hətta 
yandırıcıdır. Bu tüstü o qədər əzəmətlidir ki, budaqlara bölünür, bir şaxəsi baş üzərinə, 
bir şaxəsi sağ tərəfə, bir şəxəsi sola yüksəlir. O cəhənnəm əhlini bürüyüb kamına alır. 
Cəhənnəm odundan qalxan şölələr dünyadakı uca qəsrlər kimidir. Onlar sarı rəngli 
dəvələrə bənzəyir. Quran sanki sarayda yaşayanları, qızıl-gümüş toplayanları qəsr kimi 
uca qığılcımlarla hədələyir. 
◘”Şamixat” sözü uca dağlar, “furat” sözü şirin su mənasını bildirir. 
◘”Zullin zəlil” dedikdə daimi kölgə, “zullin la zəlil” dedikdə faydasız və sərinliyi 
olmayan kölgə nəzərdə tutulur. 
◘”Cimalət” sözü dəvə mənası bildirən “cəməl” sözünün cəm formasıdır. “Sufr” sözü 
sarı mənasını bildirən əsfər sözünün cəmidir. 
◘Allah-taala yer üzünü genişləndirməklə, onun hərəkətini nizamlamaqla, dağlar 
vasitəsi ilə onu aramlaşdırmaqla, insanların ehtiyac duyduğu şirin su təminatı ilə, 
müxtəlif bitkilər və heyvanlar yaratmaqla yaşayış üçün ən münasib formaya salmışdır. 
Yer üzü sanki mikrobları öldürən bir mexanizimdir. Torpaq bulaşıq suyu alıb saf su verir. 
Saflaşdırma prosesi təbii, pulsuz, daimi, ümumi, xətasız həyata keçir. Doğrudan da, 
torpaq olmasaydı, üfunət yer üzünü bürüyərdi. 
◘Allahın əzabı günahkarları hər tərəfdən əhatəyə alır. Bəli, günahkarın qaçmaq üçün 
yolu yoxdur. Yeganə yol cəhənnəmə doğrudur. Digər ayələrdə də uyğun məfhum 
təsdiqlənir.
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin