177
◘”Əl asifat” sözü şiddətli külək mənasını bildirən “asəf”, sözünün cəm formasıdır.
“Yunus” surəsinin 12-ci ayəsində uyğun söz şiddətli külək mənasında işlədilmişdir.
Başqa surələrdə də həmin təbirlə rastlaşırıq.
1
◘Əgər “asifat” sözünü mələklər mənasında tərcümə etsək ayə belə anlaşılar ki,
mələklər Allahın əmrlərini ciddi və sürətlə yerinə yetirilər. Oxşar məzmunlu başqa ayələr
də var.
2
◘Küləklər və mələklərə yanaşı şəkildə and içilməsinin səbəbi onlar arasındakı
oxşarlıq ola bilər. Həm mələklər, həm də küləklər lətif və sürətlidir, yaranış və
müdiriyyətdə müəyyən rol oynayırlar.
◘”Mulqiyat” sözü cəm formada işlədilmişdir. Bunun səbəbi vəhy mələyi Cəbraillə
yanaşı mələklərin nazil edilməsi ola bilər. Başqa bir səbəb də göstərmək mümkündür.
İnsana xəbərdarlıq və təlqin həm mələklər, həm fərdlər, həm də hadisələrlə həyata keçə
bilər.
◘Allah-taala insanlara xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır. Bununla da heç
bir bəhanə və üzürxahlığa yer qalmır. “Taha” surəsinin 134-cü ayəsində oxuyuruq: “Əgər
peyğəmbərlərin gəlişindən qabaq insanları həlak etsəydik üzr istəyib deyərdilər: nə üçün
bundan öncə peyğəmbər göndərmədin ki, ona tabe olub əzaba düşməyək?!”
◘”Naşirat”, “fariqat”, “mulqiyat” sifətlərində tabii bir ardıcıllıq var. Yəni öncə
mələklər maarifi yaymalı, sonra yayılmış maarif sayəsində haqq batildən seçilməli,
nəhayət, zikr təlqin edilməlidir.
3
Dostları ilə paylaş: