Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə281/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   277   278   279   280   281   282   283   284   ...   317
NUR-TƏFSİRİ-12

رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə" 
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8: 
 ٍذِئَم ْوَی﴿﴾اَهَل اَم ُناَسن ِ ْلْا َلاَق َو﴿﴾اَهَلاَقْثَأ ُض ْرَ ْلْا ِتَجَرْخَأ َو﴿﴾اَهَلاَزْل ِز ُض ْرَ ْلْا ِتَل ِزْلُز اَذِإ﴿
 
 ُهَلاَمْعَأ ا ْوَرُیِ ل ااتاَتْشَأ ُسا نلا ُرُدْصَی ٍذِئَم ْوَی﴿﴾اَهَل ىَح ْوَأ َك بَر نَأَِب﴿﴾اَهَراَبْخَأ ُثِ دَحُت
 َف﴿﴾ْم
 نَم
﴾ُه َرَی اًّرَش ٍة رَذ َلاَقْثِم ْلَمْعَی نَم َو﴿﴾ُه َرَی اارْیَخ ٍة رَذ َلاَقْثِم ْلَمْعَی
 
“Yer öz şiddətli titrəyişi ilə lərzəyə gəldiyi zaman; yer öz ağır yüklərini bayıra 
atacağı zaman; insan deyər: “Yerə nə olub? Həmin gün yer öz xəbərlərini danışar; 
çünki Rəbbi ona vəhy etmişdir; həmin gün insanlar pərakəndə halda (qəbirlərdən) 
çıxarlar ki, əməlləri onlara göstərilsin; zərrəcə xeyir iş görən onun xeyrinə çatar; 
zərrəcə pis iş görən onun zərərinə çatar.” 
 
Nöqtələr 
 
◘“Əsqaləha” dedikdə qiyamət günü torpağın bayıra atdığı ölülər nəzərdə tutulur. 
Digər ayələr də bu mənanı təsdiqləyir.
2
◘İnsanlar qiyamətdə pərakəndə vəziyyətdə olar.
3
İnsanların pərakəndəliyinin səbəbi 
ya hərənin öz rəhbərinin yanında olması, ya da yaxşıların pislərdən seçilməsidir. 
◘Qiyamət günü Allahın irdəsi ilə cansız cisimlər də dilə gələr. İnsanın bədən üzvləri 
onun ziddinə şəhadət verər.
4
1
“Məcməül-bəyan” 
2
“İnşiqaq”, 4 
3
“Qəmər”, 7; “Qariə”, 4 
4
“Fussilət”, 21 


289 
◘Rəvayətlərdə bildirilir ki, ayrı-ayrı yerlərdə namaz qılın. Çünki namaz qılınan yer 
qiyamətdə insan üçün şahiddir.
1
Rəvayətlərdə tövsiyə olunur ki, müxtəlif yerlərdə azan söyləyin. Çünki azan səsini 
eşidən hər daş və torpaq qiyamətdə şahiddir. 
◘Həzrət Əli (ə) beytul-malı böldükdən sonra iki rəkət namaz qılar və yerə üz tutub 
deyərdi: ey yer şahid ol ki, mən səni haqq əsasında beytul malla doldurub, haqq əsasında 
boşaltdım. 
◘Rəvayətlərdə bildirilir ki, yer bu şəkildə xəbər verər: “Filankəs filan yerdə filan 
vaxt mənim üzərimdə filan işi gördü.”
2
◘“Misqal” sözü “səqil” sözündən olub ağır mizan mənasını bildirir. “Zərrə” dedikdə 
ya ən kiçik qarışqa, ya havaya səpilmiş zərrələr nəzərdə tutulur. Bəli, bu gün atoma da 
zərrə deyilir. Hər halda ayədə ən kiçik şey nəzərdə tutulmuşdur. 
◘Rəvayətdə bildirilir ki, bir ərəb məscidə daxil olub Peyğəmbərə (s) söylədi: 
“Allahın sənə öyrətdiyindən mənə öyrət!” Həzrət bir şəxsə tapşırdı ki, həmin ərəbə Quran 
öyrətsin. Müəllim onun üçün “Zəlzələ” surəsini oxudu. Elə ki son ayələrə çatdı, ərəb 
dedi: “Mənə bəs etdi.” Kişi məclisi tərk etdikdən sonra Peyğəmbər (s) onun agah şəxs 
olduğunu vurğuladı.
3
◘”Loğman” surəsində həzrət Loğman öz övladına buyurur: “Əgər xardal ağırlıqda 
xeyir və ya pis iş görsən, bu iş daşın köksündə, səma qatında və ya yerdə olsa da Allah 
onu qiyamətdə hesaba gətirər.”
4
◘Yerin qiyamətdəki şəhadəti onun insanın əməllərini dərk etdiyini göstərir. Yer 
həmin gün Allahın əmri ilə dilə gəlir. 
◘Cənab ağa Həssan öz divanında “Zilzal” surəsini belə nəzmə çəkmişdir: 
Həmin bu yer bəla dolu bir zaman 
Silkələnib coşar sanki bir kaman. 
Çıxarar bayıra içində nə var, 
İnsan təəccübdən yerində donar. 
 
Ölülər qalxarlar bir nəfər kimi, 
Hər kəs baxıb görər öz əməlini. 
Zərrə xeyiri olan çatar xeyirə, 
Zərrə şəri olan yetişər şərə. 
 
Yerin özünə məxsus titrəyişlə lərzəyə gəlməsi həm zəlzələnin əzəmətini, həm də 
onun əhatəsini göstərir. “Həcc” surəsinin ilk ayəsində də həmin zəlzələnin əzəmətindən 
danışılırdı. “Nəhcül bəlağənin” 157-ci xütbəsində deyilir: “Ey Allahın bəndələri! Qorxan 
bütün əməllərinizin araşdırılacağı, zəlzələlərin artacağı, uşaqların (üzüntü və dəhşətdən) 
qocalacağı gündən.” 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin