Ayə 5: ُهُّب َر ىَسَع﴿ ِئآَت ٍتاَتِناَق ٍتاَن ِم ْؤُّم ٍتاَمِلْسُم نُكنِ م اارْیَخ ااجا َو ْزَأ ُهَلِدْبُی نَأ نُكَق لَط نِإ ٍتاَب ﴾ا اراَكْبَأ َو ٍتاَبِ یَث ٍتاَحِئآَس ٍتاَدِباَع “Əgər peyğəmbər sizi (öz zövcələrini) boşasa, Rəbbinin ona daha yaxşı zövcələr yetirəcəyinə ümid var. Təslim olmuş, mömin, itaətkar, tövbəkar, abid, oruc tutan, dul və ya bakirə qadınlar!” Nöqtələr ◘”Qanitan” dedikdə mütiliklə itaət edənlər mənası anlaşılır. “Saihat” sözü isə hicrət
əhli, oruc tutanlar mənasını bildirir.
◘Peyğəmbərin (s) bir neçə zövcəsi olsa da, həzrət (s) ona əziyyət verən zövcələrini
boşamırdı. Bu ayədə talaqdan danışılması Peyğəmbərin (s) heç kəsə və heç nəyə bağlı
olmamasına işarədir. Peyğəmbərin (s) ətrafındakılara bildirilir ki, Peyğəmbər (s) kimsəyə
ehtiyaclı deyil və onun üçün daha layiqliləri tapılar.
◘Bu ayədə Quranın fəsahəti, bəlağəti və ecazı özünü göstərir. İman, təvazö, tövbə,
ibadət və oruc kimi səciyyələr bir şəxsin simasında bəyan olunur. Amma dul və bakirə
sifətləri arasında “vav” bağlayıcısı işlədilir, bu yolla həmin sifətlərin ayrı-ayrı fərdlərə aid
olduğu təsdiqlənir.
1
◘Peyğəmbərin (s) zövcəsi ona münasib olmalıdır. Peyğəmbər zövcəsinin
xüsusiyyətləri sadalanarkən qiyafə və var-dövlətdən yox, iman və ibadətdən danışılır.
Çünki bu sifətlər İlahi rəhbərə daha münasibdir.
◘Bakirə ilə yanaşı dul sifətinin qeyd olunması Peyğəmbərin (s) cinsi meyllərə əsir
olmadığına işarədir.
Bildirişlər 1. İnsan həyat yoldaşına ehtiyaclıdır. O boşanmadan sonra yenidən ailə qura bilər.
2. Ərə qarşı çıxmaq, üzür istəməmək və peşiman olmamaq qadının boşanması ilə
nəticələnə bilər.
3. Qadınların azğınlığı qarşısında ən güclü vasitə onları boşamaqla hədələməkdir.
4. Peyğəmbərin zövcələri öz dövrlərin ən üstün qadınları olmamışlar.
5. Yanlış düşüncələrə qarşı çıxıb saxta qürurları sındırın.
6. Qadının həqiqi dəyəri onun kamilliyindədir.
1
“Təfsiri-kəşşaf”
66
7. Əqidə əməldən öndə gəlir. Öncə iman sonra ibadət.
8. Qadının iman və ibadəti onun bakirə və ya dul olmasından daha mühümdür.
9. Yenidən evlənərkən dul qadınlara bakirələrə münasibətdə üstünlük verilir.