1.
Mi – Ay 1. Nəva
2.
Fa – Merkuri (Utarid) 2. Busəlik
3.
Sol – Venera (Zöhrə) 3. Rast
4.
Lya – Günəş 4. Əraq
5.
Si – Mars(Mərrix) 5. Üşşaq
6.
Do – Yupiter(Müştəri) 6. Zirəfkənd
7.
Re – Saturn (Zühəl) 7. Rəhavi
AZƏRBAYCAN LADLARI SƏSQATARLARININ
QURULMA QAYDALARI
Əsas ladların səsqatarları
Azərbaycan ladlarının səsqatarları tetraxordların yə'ni bir-birinin ardınca
gələn dörd diatonik
pərdənin birləşmələrindən qurulur.
Tetraxordlar xalis kvarta həcmində olarsa — xalis, artırılmış kvarta həcmində olarsa — artırılmış,
əksildilmiş kvarta həcmində olarsa —əksildilmiş adlanırlar.
Azərbaycan ladları səsqatarlarının əsasını təşkil edən tetraxordlar aşağıdakı şəkillərdə olur:
1) Əsas tetraxord 1ton -1ton- 0,5ton
2) Ortada yarım tonlu əlavə tetraxord 1ton - 0,5ton -1ton
3)Əvvəldə yarım tonlu əlavə tetraxord 0,5ton -1ton -1ton
4) əksildilmiş tetraxord 0,5ton -1ton - 0,5ton
5) artırılmış sekundalı tetraxord 0,5ton -1,5 ton - 0,5ton
TETRAXORDLARIN BİRLƏŞMƏ ÜSULLARI
Tetraxordlar dörd üsul ilə birləşdirilə bilər:
Birinci üsul —
zəncirli birləşmədir;
burada alt tetraxordun axırıncı
tonu eyni zamanda üst
tetraxordun birinci tonu olduğuna görə bu iki tetraxord arasında xalis prima intervalı əmələ
gəlir, buna
qovuşuq birləşmə də
deyilir.
İkinci üsul -
yanaşı birləşmədir;
burada alt tetraxordun axırıncı tonu ilə üst tetraxordun birinci
tonu arasında böyük sekunda interval olur, buna
ayrı birləşmə
də deyilir.