Ы мцщазиря: информатика фяннинин предмети



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə28/72
tarix04.11.2023
ölçüsü1,95 Mb.
#131175
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   72
informatika muhazireler adau aze

İdentifikator. 
Hərf , rəqəm və “_” işarələrindən ibarət olmaqla, hərf və ya 
“_” işarəsi ilə başlayan sözlərdir. İdentifikatorda boşluq işarəsi ola bilməz. 
Sabitə, tipə, dəyişənə, prosedura, funksiyaya, modula, proqrama və yazılar 
sahəsinə ad verərəkən identifikatorlardan istifadə olunur. İdentifikatorin 
uzunluğu ixtiyari ola bilər, amma kompilyator onun birinci 63 simvolunu qəbul 
edir. Məs., Prog_1, _Stop, və s.
Xüsusi hallarda müxtəlif modullarda eyni adlar təsvir olunur ki, bunlar 
dəqiqləşdirilmiş identifikatorlar adlanır. Bu halda dəyişənin adının qarşısında, 
bu dəyişəni özündə saxlayan modulun identifikatoru yazılır. Bu identifikatorlar 
nöqtə ilə ayrılır. Məs., Unit1. Myvar, Unit2.Myvar 
Dəqiqləşdirilmiş identifikatorlardan yazı və obyektlərlə işləyərkən istifadə 
olunur. Dəqiqləşdirilmiş identifikatorlara nişan, sabit, tip, dəyişən, prosedur və 
funksiya idenmtifikatorları aiddir. 
Turbo Pascal-da identifikatorların iki növü var: standart və istifadəçi 
Əvvəlcədən təyin edilmiş standart identifikatorlara, dilə daxil edilmiş 
standart prosedur və funksiyaların (read, write, sin, və s.) tiplərin (integer, real, 
char , və s.), direktivlərin(absolute, forward, private, public və s.) adları aiddir.
Xidməti (acar) sözlər.
Turbo Pascal dilində xidməti sözlər öz vəzifəsinə görə 
dəqiq təyin olunaraq, dəyişdirilə bilməz. Buna görə də identifikatorun 
yazılışında xidməti sözlərdən istifadə etmək olmaz. 
Turbo Pascal – da böyük və kiçik hərflərlə ( yuxarı və aşağı registrlərlə) 
yazılmış sözlər fərqlənmir. Belə ki,


55 
55 
program
Program 
PROGRAM sözləri eyni xidməti sözü göstərir. 
Göstərilən bu xassə nəinki xidməti sözlərə, həmçinin proqramda istifadə olunan 
identifikatorlara da aiddir. Turbo Pascal dilində xidməti sözlər aşağıdakılardır: 
and 
goto program 
if 
record 
array
repeat
begin
set
in
case const
label do
for of 
uses var 
və s.

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin