samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha
bitişdiricisi yazılır. Gethaget sözü istisnadır.
6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər:
addımbaaddım, aybaay,
günbəgün, ilbəil və s.
6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-
, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-
, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümummorfemləri olan
mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon,
avtopark, endoplazma, mikrocərrahiyyə,
elektromaqnit, fotoçəkiliş, miniavtobus,
monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohissəcik,
neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə, paramaqnetizm,
postsovet, psixonevroloji,
postmodernizm, prototürk, stereotəsvir, superdövlət,
supermarket, teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s. Qeyd. Bu
morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-
Avropa, trans-Avrasiya, transQafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-
Azərbaycan, ümum-Avropa və s.
6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər
defislə yazılır:
6.3.1. qoşa sözlər:
adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-
qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sürsümük və s.;
6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan
mürəkkəb sözlər: art-obyekt, eksprezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-
iradi, oberleytenant,
veb-dizayner, veb-səhifə, vitse-admiral;
6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar,
nöqteyi-nəzər,
tərcümeyi-hal, tərzi-hərəkət və s.; 6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-
qərb, şimalşərq və s.;
6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: ab-
hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-
belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət,
təhvil-təslim, ucsuzbucaqsız və s.;
6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovatsaat, qram-kalori və
s.;
6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin,
eləcə
də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mürəkkəb sifətlər:
açıq-sarı, tünd-göy, ala-seyrək və s. Qeyd. Tərkibində təhər morfemi olan sifətlər
istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.
Dostları ilə paylaş: