seçib tədqiq etmək lazmdırsa əvvəlcə
həmin fəhlələrin ya əmək haqqının səviyyəsinə görə,
ya da əiifba sırası ilə siyahısı
tutulur. Bu siyahı iki min hissəyə (seçmənin sayına) bölünür. Hər qrupa düşən vahid
tədqiqat üçün götürülür.
Tədqiqat üçün müşahidə vahidlərini tipik üsulla seçərkən tədqiq edilən məcmu
əvvəlcə müəyyən əlamətə görə bir sıra tipik qruplara (stratalara) ayrılır,sonra hər
bir qrupdan təsadüfi və ya mexaniki üsulla müşahidə vahidi seçilir.Hər bir qrup üzrə
seçilmiş vahidlərin sayının cəmi seçmə məcmudakı vahidlərin ümumi sayına bərabər
olmalıdır.
Məlumdur ki,tipik qruplaşdırma bir neçə əhəmiyyətli əlamətə görə aparılır və
onun əsas məqsədi məcmu daxilində bir – birindən ciddi fərqlənən tipləri
(təbəqələri, strataları) ayırmaqdır. Lakin bu zaman hər bir tipdə vahidlərin eyni
keyfiyyətliliyinin yüksək səviyyəsi təmin olunmalıdır.
Sosial-iqtisadi
statistikada stratalaşdırma mülkiyyət formalarına, ərazi
prinsiplərinə, gəlirlərin səviyyəsinə fəaliyyət sferasina, görə aparıla bilər.Öyrənilən
məcmu üzrə daha dəqiq nəticələrin alınması imkanın yüksək olması,
öyrənilən
məcmunun ayrı-ayr hissələri, seqmentləri üzrə müxtəlif dəqiqlik dərəcəsinə
materiallarin əldə edilməsi zərurəti, təşkilati məsələlərin üstünlüyü, stratalar
kəsiyində müqayisəli təhlilin aparilmasi zəruriliyi və s. stratalaşdırılmış seçmənin
tətbiqinin səbəbləri kimi qəbul edilir.
Stratalaşdirilmiş seçmədə təsadüfi xətanin qiyməti təbəqələr arasinda əlamətin
variasiyasi ilə müəyyən edilir. Ona görə də təbəqələri mümkün halda yekcins
formalaşdirmaq lazımdir. Təbəqələr arası variasiyanin təsiri mümkün deyil, çünki
təbəqələrin formalaşmasinda baş məcmunun faktiki quruluşu nəzərə alınmalıdir.
Aşagıdakılara nail olamq stratalaşdırılmış seçmənin ümumi prinsipidir:
- stratalar arasında orta kəmiyyətlərin böyük fərqi;