Müsahibat uçotu


Mühasibat uçotu A.H.Əliyeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə103/152
tarix02.12.2023
ölçüsü2,93 Kb.
#137301
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   152
2016-2447

Mühasibat uçotu A.H.Əliyeva 
 
169 
 
Yerli vergilər dedikdə, bu Məcəllədə və müvafiq qa-
nunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən 
tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən ver-
gilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən 
digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. 
Yerli vergilərin dərəcələri vergi qanunvericiliyində təsbit 
edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunve-
riciliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi 
ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən 
tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq 
barədə qərar qəbul edə bilərlər. Azərbaycan Respub-
likasında bu Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi 
tətbiq edilə bilər (Xüsusi vergi rejimi dedikdə, müəyyən 
dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xü-
susi qaydası nəzərdə tutulur).

Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 
# bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət 
əldə edilməsinədək tutulması); 
# bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə 
edilməsindən sonra tutulması); 
# bildiriş üzrə (vergitutma obyektinin dəyəri və 
sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin 
hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi 
əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
 
 
 
 


Mühasibat uçotu A.H.Əliyeva 
 
170 
 
13.2. Mühasibat və vergi uçotunun oxşar və fərqli 
cəhətləri 
 
Təcrübədə mühasibat və vergi uçotunun həm oxşar, 
həm də fərqli cəhətləri müşahidə olunur. Vergi uçotunun 
mühasibat uçotundan əsas 
fərqi 
ondan ibarətdir ki, vergi 
uçotunun aparılması sistemi vergi ödəyicisinin özü 
tərəfindən müəyyən edilir.
Mühasibat və vergi uçotunun oxşar cəhətləri: 

uçotun 
aparılmasının 
məcburiliyinin 
qanunvericilikdə təsbit olunması; 

göstəricilərin pul vahidi ilə ölçülməsi; 

eyni uçot obyektinin olması; 

hesabatların 
tərtibinin 
və 
təqdim 
olunmasının mütəmadiliyi; 

təsərrüfat əməliyyatlarının sənədləşdirilmə-
sinin məcburiliyi; 

hesabat məlumatlarının həm daxili, həm də 
digər istifadəçilər üçün nəzərdə tutulması. 
Müxtəlif ölkələrin uçot sistemlərinin təhlili göstərir 
ki, ənənəvi olaraq mühasibat və vergi uçotu sistemlərinin 
iki əsas modeli tətbiq edilir. Bu modellərdən birincisi Av-
ropa modeli adlandırılır. Uçot sistemini Avropa modelinə 
uyğun şəkildə quran ölkələrdə mühasibat və vergi uçotu-
nun göstəriciləri bir-birindən fərqlənmir. Bu modelə əsa-
sən, mühasibat uçotu həm də fiskal uçot vəzifələrini yeri-
nə yetirir. Birinci modelə Almaniyanın, İsveçin, Belçika-
nın, İspaniyanın, İtaliyanın, İsveçrənin və Avropanın bəzi 
digər ölkələrinin uçot sistemləri aid edilir. 



Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin