1.XVll əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət
XVII əsrdə Fransa dövləti də beynəlxalq problemlərin həllində fəal iştirak edirdi. XVII əsrin böyük siyasətçilərindən və diplomatlarından biri olan Rişelye (1585-1642) (1624-1642-ci illərdə Fransa kral şurasının sədri olmuşdu). Mütləq monarxiyanı möhkəmləndirməyə və Avropada Fransanın hegemonluğunu bərqərar etməyə çalışırdı. O, inandırdı ki, Fransanın «dövlət mənafeləri» və «ümumi riyah» tələb etdikdə bütün vasitələrə əl atmaq olar və lazımdır. Fransa həm Avstriya və İspaniyanı zəiflətməyə, həm də Avropada hegemonluq etməyə çalışırdı. XVII əsrin ikinci yarısında Avropadakı vəziyyəti Fransa öz siyasəti üçün əlverişli hesab edirdi. 1) Belə ki, Fransa hökuməti «maliyyə diplomatiyasının» köməyi ilə İngiltərəni qitədə fəal siyasətdən uzaqlaşdırmışdı. 2) Otuzillik müharibədən sonra daha Avstriya İspaniyanın müttəfiqi deyildi. 1648-ci ildə Fransa ilə Avstriya arasında, 1659-cu ildə isə Fransa ilə İspaniya arasında sülh müqavilələri imzalanmışdı. 3) Həm Avstiyada, həm də İspaniyada ciddi daxili problemlər mövcud idi və Avstriya üçün Osmanlı imperiyası tərəfdən hücum təhlükəsi artmışdı. Avropada elə bir dövlət yox idi ki, Fransa ondan ehtiyat etsin, bütün Avropa hökmdarları Fransa kralından qorxurdular.
Fransa yeni ərazilər işğal etmək, xüsusilə İspaniyanın Niderland, Almaniya və İtaliyadakı mülklərini ələ keçirmək uğrunda müharibələr aparırdı. Fransa həm Avropada nüfuz uğrunda, həm də müstəmləkələr uğrunda mübarizədə İngiltərə, İspaniya və Hollandiyanın rəqibi idi. 1667-1668-ci illərdə olmuş Fransa-İspaniya müharibəsi Fransanın Belçikanı işğal etmək cəhdi ilə bağlı idi. Əvvəlcə Fransa Beçikanı İspaniyadan tələb etdi. İspaniya Belçikanı Fransaya verməkdən imtina etdiyinə görə Fransa İspaniyaya müharibə elan etdi. Fransa ordusu Flandriyanın bir hissəsini və Franş-Konte əyalətini işğal etdi. 1668-ci il mayın 2-də imzalanmış Axen sülhünə əsasən Fransa bir sıra sərhəd qalalarını ələ keçirdi, Franş-Konteni isə qaytardı. 1672-1678-ci illərdə Fransa Hollandiya ilə müharibə Apardı. 1679-cu ildə imzalanmış Nimvegen sülh müqaviləsinə əsasən Fransa Belçika ərazisinin bir qismini aldı.
XVII əsrin 80-ci illərində Avropada vəziyyət Fransanın əleyhinə dəyişdi.
Birincisi, Osmanlı qoşunları 1683-cü ildə Vyananı tuta bilmədi və az Sonra Dunayın arxasına çəkilməyə məcbur oldu.
İkincisi İngiltərə və Hollandiyanın eyni mövqedən çıxış etməsi ilə əlaqədar Fransanın maliyyə yardımına ehtiyac qalmadı.
Üçüncüsü, 1686-cı ildə Papa XI İnnokentinin təşəbbüsü ilə bir sıra Dövlətlər (Avstriya, İspaniya, İsveç, İngiltərə) Avropada Fransaya qarşı «Auqsburq Liqasında» birləşdilər. 1688-1697-ci illərdə Fransa ilə «Auqsburq liqası» arasındakı müharibə Fransanın məğlubiyyəti ilə qurtardı. 1697-ci il (Risvik) müqaviləsinə əsasən, Fransa işğal etdiyi ərazilərin çox hissəsini qaytardı.
Dostları ilə paylaş: |