Bu dövr (300 il) beynəlxalq münasibətlər tarixini üç mərhələyə bölmək olar: Bütün XVI əsri əhatə edən avropada ispan üstünlüyü dövrü. Bu dövr həmçinin dini müharibələrin kəskinləşməsi dövrüdür. İspaniya feodal kapitalist irticasına dayaq olmaq üçün bu müharibədə fəal iştirak etdi. Avropanın qərbi üçün bu dövr İspan- fransız rəqabəti dövrünü də xarakterizə oluna bilər.
Avropada fransız hegemonluğu dövrü. Bu dövrün kuliminasiya anı Vestfal sülhü və XIV Lüdoviqin xarici siyasəti idi. Mərhələ həmçinin Fransa və Hollandiya arasında kəskin mübarizə bu mübarizədə Holland respublikası və onun nümayəndələrinin parlaq diplomatik fəaliyyəti eləcə də İngiltərənin xüsusən də onun XVII əsrdə burjua inqilabından sonra güclənməsi və avropada onun diplomatlarının rolunun güclənməsi ilə yadda qalmışdır.
Üçüncü dövr təqribən XVIII əsrə təsadüf edir. Belə ki, İngiltərə ilə fransa arasında müstəmləkələr və dünya siyasətində birinci yer mübarizə dövrüdür. Bu dövrdə avropanın şərqində əvvəllər qitədən demək olar ki, təcrid olunmuş Rus dövləti beynəlxalq münasibətlərin daimi iştirakçısına, daha sonra isə fəal iştirakçısına çevrildi. Avropa dövlətləri arasında beynəlxalq ziddiyyətlər öz təzahürünü XVII-XVIII əsrlərdə baş vermiş 3 ümumavropa münaqişəsində tapdı: Otuzillik müharibə (1618-1648), İspan irsi uğrunda müharibə (1701-1714) və Yeddiillik müharibə (1756-1763).