Otuzillik müharibəni 4 mərhələyə bölmək olar.Müharibənin Çexiyadövrü1618-1623cü illəri əhatə edib.Çexiyada Habsburqlara qarşı üsyanla başladı.Əvvəl üsyan uğurla inkişaf etsədə 1621ci ildə imperatora yardım göstərən ispan qoşunları Pfaltsa daxil olaraq üsyanı amansızca-sına yatırdılar.Almaniyada davam edən müharibədə 1624cü ildə katoliklərin son qələbəsi qaçınılmaz görünürdü.Danimarka dövrü1624-1629cu illəri əhatə edir.Danimarka dövrü imperator və katolik Liqasının qoşunları tərəfindən Ş.Almaniyanın işğalı,Transilvaniya və Danimarkanın müharibədən çıxması ilə sona çatdı.1630-1634cü illər isə İsveç dövrü başlayır. Bu illər ərzində İsveç qoşunları onlara qoşulan protestant knyazları ilə birlikdə və Fransanın dəstəyilə Almaniyanın böyük hissəsi ələ keçirdi.Lakin imperator və Katolik Liqasının birləşmiş qüvvələri tərəfindən məğlub edildilər.1635-1648ci illər fransız-isveç dövrü.Fransa Habsburqlara qarşı açıq mübarizə başladı.1640ci ildə fransız isveç ordusu Bavariyanı işğal etdi. Ill Ferdinadın imperiya hökuməti sülh danışıqlarına getmək məcburiyyətində qaldı.1645ci ildə Vestfal danışıqlarına başlanndı.Vestfal sülhü qaliblərin əhəmiyyətli ərazilər ələ keçirilməsini təsdiqlədi.İsveç Qərbi Pomeriyanı,Ştettin şəhəri və Ryugen adası ilə birgə şərqi pomeriyanın bir hissəsini,limanla birgə Vismar şəhərini,Bremen şəhəri istisna olmaqla Bremen yepiskopluğunu və Verden yepiskopluğunu aldı.Otuzillik müharibə 1648ci ildə başa çatdı.Bu müharibənin nəticəsi olaraq Vestfaliyada 1648ci il oktyabr 24də sülh müqaviləsi imzaladı.Avropa dövlətlərinin sərhədlərini müəyyənləşdirən Vestfal trakatı XVlll əsrin sonuna qədər imzalanmış bütün traktat və müqavilələr üçün əsas oldu.Vestfal sülhü Avropada yaranan yeni dövlətlər və digər hüquqi subyektlər arasında ilk beynəlxalq hüquq və istinad sistemi formalaşdırdı.Bu sənədə görə,hər bir hüquqi subyekt öz ərazisi çərçivəsində tam hakimiyyətə malik olur,öz daxili və xarici siyasətini müstəqil olaraq müəyyənləşdirirdi.Otuzillik müharibə və Vestfal sülhünün imzalanması dünyagörüşü sistemlərinin qarşıdurmasının sona çata biləcəyini və bir sıra nəticələri təsdiqlədi.Dövlət öz prinsiplərindən imttina etmədən bir biri ilə razılığa gəlmək iqtidarında olmayan,lakin bir biri ilə anlaşaraq qüvvələrinin təxmini bərabərliyi baxımından status kvonu qoruyib saxlamaya bilərdilər.Status qvonun tanınması katolik və protestantların əqidəsi və imanlarının bərabərliyi xarici siyasətin dünyəviləşdirilməsi anlamına gəlirdi və dövlət manefelərinin praqmatikliyi demək idi.Vestfal sülhü Avropada beynəlxalq münasibətlərin vahid sisteminin əsasını qoydu.Bu sistemdə artıq milli dövlətlər tərəfindən sıxışdırılan universal imperiyaya yer yox idi.Vestfal sülhü Avropada Habsburqların üstünlük dövrünün sonunu müəyyənləşdirdi.Avropa siyasətində aparıcı rol Fransaya keçdi.Baltik bölgəsində hegemonluğunu bərqərar edən İsveç böyük dövlətlər arasında yer ardı.Hollandiyanın beynəlxalq mövqeyləri gücləndi.Almaniyada siyasi parçalanma qorunub saxlanıldı.Daxilində isə Saksoniya,Brandenburq və Bavariya fərqlənməyə başladı.