2. XVI-XVIII əsrlərdə beynəlxalq münasibətlərin ümumi səciyyəsi.
XVI-XVIII əsrlərdə avropada 3 əsas beynəlxalq ziddiyyət mərkəzi hər an müharibəyə çevrilə biləcək 3 münaqişə ocağı mövcud idi. Birincisi avropanın qərbində XVI-VXIII əsrlərdə qitənin 4 böyük dövlətinin- İspaniya Fransa İngiltərə və XVII əsrdən Hollandiyanın ticarət və müstəmləkə maraqlarını toqquşması və birincilik uğrunda mübarizə, ikincisi, XVI əsrdə yaranan XVIII əsrdə tam olaraq formalaşmış qitənin cənub -şərqində- Osmanlı imperiyası ilə avropa dövlətlər arasındakı əlaqələrdə problemlərdən doğmuş Şərq məsələsi. Üçüncüsü, Avropanın şimal-şərqində Baltik dənizində ağalığa nail olmaq uğurunda 300 il boyunca böyük Avropa dövlətləri arasında gedən kəskin mübarizədən doğan- Baltikdə ağalıq məsələsi
Bu 3 kəsişmənöqtəsi bir-birinə bağlı olub bir- birinə təsir göstərərək beynəlxalq münasibətlərdə ən gözlənilməz və mürəkkəb kombinasiyaların ittifaqların və koalisiyaların yaranmasına səbəb oldu. Böyük dövlətlərin müstəmləkələr uğrunda mübarizəsi Avropada bu dövlətlər arasında münasibətləri kəskinləşdirdi. (XVI-XVIII əsrlərdə Avropanın qərbində beynəlxalq münasibətlərin əsas konturları bunlar idi.)
Dostları ilə paylaş: |