Y. V. QƏHRƏmanli, A.Ə. XƏLİlova s. Y. MƏHƏRRƏmova, A. X. HƏSƏnova



Yüklə 2,71 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix02.12.2023
ölçüsü2,71 Mb.
#137632
1   2   3   4   5   6   7   8   9   ...   14
7a243646df2160df215149e6b3456a11 (2)

Hidrologiya
(
hidro
–yunanca –su, 
locatio
–latınca –
yerləşmə sözlərindən yaranıb). Mahiyyətcə təbiətdəki yeraltı 
və yerüstü suları, orada baş verən prosesləri, su dövranlarını, 
həmçinin insanların fəaliyyəti ilə ayrı-ayrı ərazilərin su 
rejimlərinin tənzimlənməsini və idarə olunmasını öyrənən 
elmdir. Başqa sözlə hidrologiya hidrosferin və ya onu təşkil 
edən okeanların, dənizlərin, çayların, buzlaqların, qar 
örtüklərinin, bataqlıqların, su anbarlarının və s. 
xüsusiyyətlərini, onların ətraf mühitlə qarşılıqlı əlaqələrini 
öyrənən elmdir. 
Digər tərəfdən hidrologiya mahiyyətcə bir-birindən 
fərqlənən dəniz və okean sularını öyrənən –
okeanşünaslığa
və quru hissənin sularını öyrənən –
qurunun hidrologiyası
kimi iki sərbəst hissəyə bölünür. 
Okeanşünaslığın qarşısında duran əsas məsələlər

Dünya okeanlarında baş verən prosesləri, oradakı canlı 
orqanizmlərin yaşayış mühiti kimi suyun xüsusiyyətlərini, 
həmçinin okean sularındakı proseslərlə atmosferdə, 
litosferdə və biosferdə baş verən proseslər arasındakı 
əlaqələri kompleks şəkildə öyrənməkdən ibarətdir. 
Yer kürəsinin quru hissəsinin hidrologiyası 
isə ümumi 
hidrologiya
və 
hidroqrafiya
kimi iki hissəyə ayrılmaqla, 
bütövlükdə çaylarda, göllərdə, buzlaqlarda, bataqlıqlarda və 
bütün su məntəqələrində baş verən prosesləri, oradakı 
ümumi qanunauyğunluqları öyrənir. Burada müxtəlif 
müşahidələr 
və 
ölçmələrin 
yerinə 
yetirilməsində 
hidrometriyadan istifadə olunur. 
Hidrometriyada hidrologiyanın tətbiq bölməsi kimi su 
məntəqələrindəki səciyyəvi hidroloji kəmiyyətlərin –axın 


sürətinin və sərfinin, suyun səviyyəsinin, sülb axınlarının və 
gətirmələrin miqdarının və s. ölçülməsi və müşahidə 
olunması üsulları öyrənilir.
Metodik vəsait Azərbaycan Memarlıq və İnşaat 
Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya 
sistemləri”, “İnşaat” və “Nəqliyyat” fakultələrinin bakalavr 
təhsil 
pilləsində 
oxuyan 
tələbələr 
üçün 
nəzərdə 
tutulduğundan orada yalnız yer kürəsinin quru hissəsinin 
hidrologiyasına baxılmışdır.
Belə ki, tədris planlarına uyğun qeyd olunan 
fakultələrdəki ixtisaslar üzrə mütəxəssis hazırlığında əsasən 
quru hissənin hidrologiyası tədris olunur. 
Ümumiyyətlə 
son 
dövrlərdəki 
qlobal 
iqlim 
dəyişmələrini də nəzərə almaqla müxtəlif təyinatlı 
tikintilərin (meliorasiya və su təsərrüfatı, sənaye və mülki, 
nəqliyyat və s.) layihələri tərtib olunarkən ərazilərin təbii 
şəraitlərini səciyyələndirən əsas göstəricilərdən biri kimi 
hidroloji məlumatların istifadəsi olduqca vacibdir.
Mövcud fənn proqramlarına uyğun olaraq metodik 
vəsaitdə nəzəri və emprik təminat əyrilərinin qurulması, 
tarixi maksimal sərfi nəzərə almaqla nəzəri təminat əyrisinin 
qurulması, korrelyasiya üsulu ilə qısa hidroloji müşahidə 
sırasının uzadılması və hidrometrik fırlanğacdan istifadə 
etməklə axının sürətinin və sərfinin təyininə aid dörd 
laboratoriya işinin yerinə yetirilməsi üçün məsələ həll 
edilmişdir. Eyni zamanda qeyd edilən laboratoriya işlərinin 
yerinə yetirilməsi üçün tələb olunan ilkin məlumatlara aid 
əlavələr də verilmişdir. 



Yüklə 2,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin