Simbiotik sistem – fır bakteriyaları
rhizobium cinsinin sahibkar paxlalı bitkilərlə müştərək
(qarşılıqlı) həyat tərzi, atmosfer azotunun təsbit edilərək bioloji dövrana daxil edilməsi.
Skarifikasiya – suyun asan daxil olması və cücərmə qabiliyyətini artırmaq üçün toxum
qılafının sındırılması (zədələnməsi).
Stratifikasiya (lay-lay olma) – çətin cücərti verən bitkilərin toxumlarının cücərmə
qabiliyyətini artırmaq üçün nəm substratda 1-3 ay müddətində mənfi temperatura dözməsi.
Şaxtayadavamlılıq – payızlıq bitkilərin qış dövründə aşağı mənfi temperaturun əlverişsiz
şəraitinə dözməsi qabiliyyəti.
Tarla bitkilərinin becərilmə texnologiyası – bitkinin bioloji tələbatını və yüksək məhsul
alınmasını təmin edən istiqamətdə müəyyən ardıcıllıqla yerinə yetirilən kompleks aqrotexniki
tədbirlər.
Tarla cücərməsi – alınan cücərtilərin, səpilmiş cücərmə qabiliyyətli toxuma nisbətinin faizlə
ifadəsi.
Təbii fitosenoz – çoxnövlü davamlı bitki qrupu.
Tənzimləmə amilləri – böyük ərazilərdə insan tərəfindən tənzimlənməsi mümkün olan və
onların köməyi ilə tənzimlənməyən və hissə-hissə tənzimlənən amilləri bitkinin boy və inkişafını,
məhsulun həcmi və onun keyfiyyətinə mənfi təsirləri minimuma qədər endirmək.
Toxumun basdırılma dərinliyi – torpaq səthindən səpilmiş toxumun yuxarı hissəsinə qədər
olan məsafə.
Toxumun kalibrlənməsi – forma və ölçüsünə görə toxum partiyasının fraksiyalara
bölünməsi.
Toxumun səpin yararlığı – təmiz cücərmə qabiliyyətli toxum partiyası.
Toxumun yoluxdurulması – paxlalı bitkilərin toxumlarının səpinqabağı fır bakteriyası
rizotorfin (
nitragin ) preparatı ilə işlənməsi.
Uzun ömürlü əkinlər – təkrar əkilmədən uzun müddət bitkinin məhsuldar istifadəsi (yonca,
xaşa, üçyarpaq və s.).